Source: reuters

Azərbaycan Konqoya silah satır?

Konqo-Brazzavilin repressiv hökuməti Azərbaycandan səssizcə silah-sursat alıb

"Sassu-Nguesso rejiminin Azərbaycandan aldığı silahların qarşıdakı seçkilərdə müxalifəti yatırmaq üçün istifadə edilə biləcəyindən narahat oluruq".

Konqo-Brazzavilin repressiv hökuməti Azərbaycandan səssizcə silah-sursat alıb. Prezident Denis Sassou-Nguessonun rəqibləri, alınan vəsaitin millət üzərində hökmranlığı ələ keçirmək üçün hazırlandığını söyləyirlər.

Əsas tapıntılar

  • 2015-ci ildən bəri Konqo-Brazzavil Azərbaycandan nəhəng silah ehtiyatları satın alıb və 500 tondan çox silah ölkəyə bir neçə göndərmə ilə çatdırılıb.
  • 2020-ci ilin yanvar ayında Azərbaycandan Konqo-Brazzavilin Respublika Qvardiyasına 100 tondan çox silah, o cümlədən 775 minomyot minası və yük maşınlarından atılmaq üçün hazırlanmış 400-dən çox raketi göndərilib.
  • Müxalifət rəsmiləri, bundan əvvəl Azərbaycandan göndərilən silahların 2016-cı ildə humanitar böhrana səbəb olan, seçkidən sonra vəhşicəsinə həyata keçirilən hücumlar üçün istifadə edildiyini iddia edirlər.
  • Səudiyyə Ərəbistan, 2016 və 2017-ci illərdə göndərilmiş ən azı iki silah transferinin "sponsoru" olaraq siyahıya alınıb, o zamanlarda Konqo - Brazzavilin OPEC-ə qəbul edilməsi üçün danışıqlar aparılırdı.

2020-ci ilin yanvarında Türkiyənin Mərmərə dənizinin şərq sahilində yerləşən Dərincə limanındakı “MV Storm” gəmisinə çox sayda silah yüklənib. Vergi cənnəti Vanuatuda qeydiyyata alınan gəmi, ölümcül minomyot minası, çoxsaylı raket sistemləri və partlayıcı maddələr ilə Azərbaycandan Konqo-Brazzavil olaraq da adlandırılan Konqo Respublikasına doğru yola çıxıb.

OCCRP-nin üzə çıxardığı gizli yük bəyannaməsinə görə, ümumilikdə 100 tondan çox silah Konqo-Brazzavilin elit Respublika Qvardiyası qərargahı kimi ortaya çıxan yerə çatdırılıb. OCCRP tərəfindən əldə edilən uçuş planlarına, yük bəyannaməsinə və silah ehtiyatı qeydlərinə görə on milyonlarla dollar dəyərində olan yük, Azərbaycan Müdafiə Nazirliyinin 2015-ci ildən bəri Prezident Denis Sassou-Nguesso rejiminə göndərdiyi 17 silah tədarükünün yalnız sonuncusu idi.

Jurnalistlərin nəzərdən keçirdiyi bir neçə yük bəyannaməsində Səudiyyə Ərəbistanı "dəstək olan tərəf" kimi siyahıya alınıb. Bu sponsorluğun nə anlama gəldiyi aydın deyil, ancaq bu, Riyadın silahlar və ya yüklərin çatdırılması üçün pul ödəməsi anlamına gələ bilər.

Konqo ilə Azərbaycan arasında silah sövdələşmələri

Konqo ilə Azərbaycan arasında silah sövdələşmələri

Source: Edin Pasovic/OCCRP

Bu silahların Azərbaycan tərəfindən ixrac edildiyi barədə açıq qeydlər yoxdur və bunların Konqo Brazzavil tərəfindən idxal edildiyi barədə də oxşar qeydlər yoxdur. Son göndərilmənin 21 mart seçkilərinin yaxınlaşdığı ərəfədə olması müxalifətin Sassou Nguessonun hakimiyyəti qorumaq üçün güc tətbiq etməyə hazırlaşacağı qorxularını artırıb.

Ağır silahlanmış təhlükəsizlik qüvvələri onun bu Orta Afrika ölkəsini iki fərqli dövrdə 36 il idarə etməsini və dünyanın ən uzun müddət xidmət edən liderlərindən birinə çevrilməsinin əsas səbəbidir. Onun partiyası bu yaxınlarda Sassou Nguessonun yenidən namizədliyini verməsini təmin etmək üçün parlamentin işinə müdaxilə edib, konstitusiyanı dəyişdirməyə nail olub. Bu addım nəzəri olaraq 77 yaşlı bu şəxsin bütün seçkilərdə ömrünün sonuna qədər iştirak edə bilməsi deməkdir. Bu qərar yerli və beynəlxalq qınağa səbəb olub.

OCCRP 2016-cı ilin mart seçkilərindən öncəki səkkiz ayda və ondan bir il sonra Sassou Nguessonun təhlükəsizlik qüvvələrinin Azərbaycandan ayrı-ayrılıqda 16 ayrı partiya, 500 tondan çox silah aldığını göstərən gizli sənədləri ələ keçirib. Seçkidən cəmi bir neçə həftə sonra hökumət müxalifətin ordusuna qarşı bir ildən çox davam edən vəhşi kampaniyaya başlayıb.

Müxalifət liderləri, Respublika Qvardiyasının seçkidən sonrakı qarşıdurmada Azərbaycan silahlarından istifadə etdiyini, BMT-nin verdiyi məlumata görə, bunun ölkənin cənubunda yerləşən Pool bölgəsindəki təxminən 140.000 insana təsir göstərən humanitar təcili vəziyyətin yaranmasına səbəb olduğunu söyləyib. Beynəlxalq xəbər agentliyi Yeni Humanitar Yardımın (The New Humanitarian) əldə etdiyi peyk şəkillərindən raket və partlayıcı maddələr kimi silahların səbəb olduğu geniş dağıntılar görünür (Konqo-Brazzavil silah idxal etdiyini açıqlamadığı üçün bu silahların Azərbaycana aid olub-olmaması dəqiq deyil).

Erdoğan və Əliyev

Erdoğan və Əliyev

Source: Meydan Tv

Sassou Nguesso rejimi Afrikadakı ən ağır borc böhranlarından biri ilə üzləşib və bu silah transferlərinin necə maliyyələşdirildiyi ilə bağlı suallar doğurur. Sənədlər göstərir ki, Riyad Konqo-Brazzavilin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) qoşulmaq üçün müraciətinə baxarkən, yəni 2016-2017-ci illər arasında Səudiyyə Ərəbistanı ən azı iki yükün çatdırılmasını dəstəkləyib.

Aparıcı silah mütəxəssisi, “The Shadow World: Inside the Global Arms Trade” (“Kölgə Dünyası: Qlobal Silah Ticarəti İçində”) kitabının müəllifi Andrey Feynşteynin (Andrew Feinstein) fikrincə, Konqo Brazzavilin əhəmiyyətli neft ehtiyatlarını nəzərə alan Səudiyyə Ərəbistanı hakim olduğu klubda itaətkar bir Sassu Nguesso hökumətinin qurulmasını təşviq edirdi.

Səudiyyə əlaqəsi

Dünyanın ən böyük silah idxalçısı Səudiyyə Ərəbistanı, həmçinin İranın dəstəklədiyi Huti Hərəkatının qiyamçıları ilə mübarizə aparan Yəmən də daxil olmaqla qlobal münaqişə bölgələrinə amansızca silah tədarük edən ölkədir.

Uçuş bəyənatlarında Konqo-Brazzavilin OPEC üzvü olmağa yaxınlaşdığı 2016 və 2017-ci illərdə Səudiyyə Ərəbistanı bu ölkəyə göndərilən müxtəlif silah daşımalarına "dəstək verən tərəf " kimi siyahıya alınıb.

Tənqidçilər tərəfindən “Səudiyyə Ərəbistanının istehsal tələblərinə cavab verməli olan bir neft karteli” kimi adlandırılan OPEC, krallığın qlobal neft ehtiyatlarına hakim olmasına kömək edir. Bunun neft qiymətlərinə təsiri üzv ölkələrdə neft gəlirlərinin artmasına da səbəb ola bilər.

OPEC-in 3 üzvü Afrikanın ən böyük istehsalçılarını əhatə edir - Nigeriya, Angola və Əlcəzair. Nəhayət, 2018-ci ildə OPEC-ə qatılan Konqo-Brazzavil, qitənin ən böyük neft istehsalçılarından biri olduğu üçün OPEC-ə daha çox qazandıraraq, qibtə edilən üzv hesab oluna bilər.

Azərbaycan OPEC-in həqiqi üzvü deyil, lakin mühüm neft istehsalçısıdır.

Feynşteyn (Feinstein) əlavə edib ki, Azərbaycanın son yükü göndərməsi Sassou-Nguessoya siyasi arzusunu həyat keçirmək üçün onu silahlandırmaq məqsədi daşıya bilər.

"Sassou Nguessonun əvvəlki seçkiyə etdiyi təzyiq nəzərə alındıqda, bu transferin vaxtı olduqca şübhəlidir",- deyə o əlavə edib: "Hökumət seçki qutuları ilə bağlı hər hansı fikir ayrılıqlarını aradan qaldırmağa hazırlaşır".

Konqo-Brazzavil hökumətlərinin sözçüsü bir çox şərh istəyinə cavab verməyib. Azərbaycan Müdafiə Nazirliyi müxbirin şərh tələbi üçün göndərdiyi elektron poçta cavab verməyib və nazirlik sözçüsü tələb olunan bir neçə sənədi üzə çıxarmayıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi silah müqavilələrinə sponsorluq etməsinin mahiyyəti ilə bağlı sualları cavabsız qoyub.

Boulevard Denis Sassou-Nguesso

Gizli bir yük bəyannaməsinə görə, 2020-ci ilin yanvarında Brazzavilin 1-ci Denis Sassou Nguesso Bulvarında Respublika Qvardiyasına göndərilən son silahlara Sovet dövründən qalma yük maşınlarından atılmaq üçün dizayn edilən 775 minomyot minası və 400 raket var idi. Azərbaycandan gələn yük İstanbulun təqribən 1000 km cənub-şərqindəki Dərincədə MV Storm gəmisinə yüklənib.

Konqo rejiminin silah alışı üçün ödədiyi dəqiq qiyməti təsdiqləmək mümkün olmayıb, lakin yük bəyannamələrini araşdıran mütəxəssis bunun on milyonlarla dollara başa gələcəyini söyləyib. Səlahiyyətlilərin təzyiqindən ehtiyat edərək adının anonim saxlanılmasını istəyən silah anbarı haqqında məlumat əldə etmiş keçmiş yüksək rütbəli diplomat, yük bəyananaməsinin və digər sənədlərin doğruluğunu təsdiqləyib və silahların bazar dəyərindən çox aşağı qiymətə olduğunu bildirib.

Sənədlərə, alıcının silahı gələcəkdə satmağı planlaşdırmadığını nəzarətdə saxlamaq üçün silahı idxal edən ölkə tərəfindən verilmiş son istifadəçi sertifikatları daxil edilib.

Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun baş elmi işçisi Peter Vezeman (Pieter Wezeman) endirimli qiymətlərlə əldə edilən silahın ya artıq silahlar olduğunu və ya ucuz hərbi sursatları ilə tanınan Bolqarıstan və ya Serbiya tərəfindən istehsal edildiyini söyləyib.

"Çətin ki, Konqo-Brazzavil bu avadanlıqların bir hissəsini daha məhdudlaşdırıcı silah ixracı siyasəti aparan digər Avropa ölkələrindən alsın",- deyə o qeyd edib.

Seçki hücumu

Dərincədən 100 tonluq yük göndərilməsi əhəmiyyətli idi, ancaq fərdi sənədlər bunu kölgədə qoyacaq başqa bir şeyi, 2015-2017-ci illər arasında Azərbaycandan göndərilən və bəlkə də ağır nəticələrə səbəb olan fərqli bir silah anbarını üzə çıxarır.

Jurnalistlər tərəfindən əldə edilən hesablama dəftərləri, son istifadəçi sertifikatları və yük bəyannamələri də daxil olmaqla sənədlərə görə, bu illər ərzində qumbara, minomyot minası və milyonlarla güllə də daxil olmaqla 500 tondan çox silah Konqo-Brazzavilə 16 dəfəyə göndərilib.

Son istifadəçi sertifikatı "təlim, terrorla mübarizə, təhlükəsizlik və sabitlik yaratmaq əməliyyatları" üçün gətirilən beş min əl bombasının idxal edildiyini göstərir. Bu sənəd seçkilərdən bir neçə gün əvvəl, 3 mart 2016-cı il tarixində prezident Sassou Nguessonun xüsusi müşaviri tərəfindən imzalanıb.

Səsvermənin ardından müxalifət, hökumətin seçkiləri Sassou Nguessonun lehinə saxtalaşdırdığını və paytaxt Brazzavildə iğtişaşların baş verdiyini söyləyib. Hökumət qiyamda əsasən Lari etnik qrupundan ibarət olan və Brazzavilin qismən ətrafındakı Pool bölgəsində yerləşən, ninja kimi tanınan milisləri günahlandırıb.

Müxalifət liderinin sözlərinə görə, Azərbaycandan gələn silahlar Pool bölgəsindəki ninjaları hədəf alan, uzun müddət davam edən silahlı qarşıdurma üçün istifadə edilib. “Amnesty İnternational” təşkilatı "ölkənin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq ölümcül güc tətbiq edilən" bu hücumu qınayıb. Hökumət ninjaları təqib edərkən iğtişaşın şahidləri “Amnesty International” təşkilatına yaşayış məntəqəsinə və hətta məktəbə vertolyotlardan onlarla bomba atıldığını söyləyib.

Incarner l'Espoir siyasi partiyasının lideri Andrea Ngombet Maleva (Andréa Ngombet Malewa) birdirib ki, Pooldakı qarışıqlıq dövründə rejim yandırıb qovuran bir dünya strategiyası qəbul edib: “Azərbaycandan aldıqları silahlar birbaşa bu əməliyyat üçün istifadə olunub”.

Bakı-Brazzaville Əlaqəsi

Azərbaycan Konqo Brazzavil üçün əsas xarici müttəfiq olaraq ortaya çıxıb və ordakı rejimi endirimli qiymətli silahlarla və bəlkə də daha da əhəmiyyətlisi məxfiliklə təmin edib.

Bunu məşhur qeyri-şəffaf Cənubi Qafqaz ölkəsinin lideri İlham Əliyevdən alan Konqo-Brazzavil, satışlar haqqında məlumat verilməyəcəyini bilərək belə etmiş ola bilər.

Konqo-Brazzavil otuz ildən çoxdur ki, silah idxal etməsi haqqında məlumat vermir və ölkə silah embarqosuna məruz qalmadığı üçün bunu tələb etmək olmur. Bununla birlikdə, Sassou Nguessonun silah bazarında aktiv olduğunu göstərən məlumatları açıqlayan digər ölkələr var. Serbiya 2017-ci ildə Konqo Brazzavilinə 600 tüfəng ixrac etdiyini bildirib. Bolqarıstan isə 250 qumbaraatan göndərib.

Bununla yanaşı, OCCRP-nin təqdim etdiyi sənədlərdə Azərbaycanın ən azı 2015-ci ilin sentyabrından bəri Sassou Nguessoya öldürücü silah ixrac etdiyi göstərilməsinə baxmayaraq, Azərbaycan silahlarının tədarükü barədə açıqlanma verməyib. Silahların bir hissəsi Bolqarıstanın “Transmobile” şirkəti tərəfindən təchiz edilib. Azərbaycan üçün silah ticarətinə icazə verilib və digər silahlar Serbiyada istehsalçı “Yugoimport” şirkətindən alınıb. Şirkətlərdən heç biri şərh istəklərinə cavab verməyib.

SilkWay

SilkWay

Source: SilkWay

Silahlar ilk dəfə Brazzavilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri ilə göndərilib, lakin 2017-ci ildən bu yana “Silk Way Airlines” özəl aviaşirkəti bu silahların çatdırılmasına başlayıb. Çünki “Silk Way” xüsusi bir şirkət olaraq, hərbi hava qüvvələrinə nisbətən daha az yoxlanacaqdı.

“Silk Way” Britaniyanın vergi cənnəti olan Virgin Adalarında qeydiyyatdan keçib və əvvəllər Əliyevlər ailəsi ilə əlaqəli olub. Hərbi sursat və ölümcül olmayan digər vəsaitlərin daşınması üçün ABŞ hökuməti ilə əvvəllər bağlanmış müqavilələrə əlavə olaraq, Bolqarıstanın “Trud” qəzetinin sızdırdığı yazışmalarda “Silk Way” şirkətinin 2014-2017-ci illər arasında qlobal münaqişə bölgələrində də daxil olmaqla, dünyada yüzlərlə ton silahın gizli şəkildə daşınması üçün diplomatik icazədən istifadə etdiyi ortaya çıxıb. Aviaşirkət şərh tələbinə cavab verməyib.

Təzyiq üçün möhkəmləndirilib

Rejimi 21 martda sandıq başına gedərkən, zorbalıq taktikası yürüdən Sassou Nguessonun qalib gələcəyi gözlənilir. Onun 1997-2002-ci illərdə keçmiş maliyyə naziri olan Mathias Dzon (Mathias Dzon) və 2016-cı il prezident seçkilərində ikinci olan Qay Bris Parfait Kolelas (Guy- Brice Parfait Kolélas) ilə üz-üzə gələcəyi bildirilib.

2016-cı ildə o, 60 faiz səs qazanarkən, Kolelas yalnız 15 faiz səs qazandı. ABŞ hökuməti onu kütləvi pozuntular və müxalifət tərəfdarlarının həbs olunmasına görə tənqid edib.

Mütəxəssislər müxalifətin bu dəfə uğur əldə edəcəyinə inanmırlar. “Amnesty International” təşkilatının Mərkəzi Afrika tədqiqatçısı Abdoulaye Diarra, hökumətin siyasi müxalifləri qorxutmaq, təqib etmək və özbaşına həbslər həyata keçirmək üçün kampaniya apardığını söyləyib.

Rəsmi şəxsləri satirik üsullarla tənqid etməsi ilə tanınan karikaturaçı rəssam Raymond Malonga, fevral ayının əvvəlində mülki geyimli polis tərəfindən xəstəxanadakı yatağından sürüklənərək aparıldıqdan sonra, seçki qutusunun başında mətbuat azadlığının boğula biləcəyi qorxusu var.

İndi Azərbaycandan silah tədarük edilməsi müxalifətin seçki qutusu başında zorakılıq ehtimalı ilə bağlı narahatlığını artırır.

Müxalifət lideri Ngombet, "Sassu-Nguesso rejiminin Azərbaycandan aldığı silahların qarşıdakı seçkilərdə müxalifəti yatırmaq üçün istifadə edilə biləcəyindən narahat oluruq" deyə qeyd edib:

"Onlar Konqo xalqının siyasi dəyişikliklərə nə qədər istəkli olduğuna dünya şahid olsun istəmirlər".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/g21qcm

Most Viewed