Azərbaycan filmi beynəlxalq kinofestivalında mükafat alıb

Azərbaycanlı rejissor Elmar İmanovun çəkdiyi “Mövsümün sonu” filmi Rotterdam beynəlxalq kinofestivalında “FIPRESCI” mükafatına layiq görülüb. Filmin əsas aktyorları da festivalda iştirak ediblər.

“Color of May” kinoşirkətinin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ekran əsərinin bütün çəkilişləri Azərbaycanda aparılıb.

Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə ifa edirlər.

Ana səhifəVideoAzərbaycan filmi beynəlxalq kinofestivalında mükafat alıb