Ruslan Əmirli və Əli Kərimli

Source: Google

Caption: Ruslan Əmirli və Əli Kərimli

AXCP fəalı oğurlanıb

Article was updated on :  11 September 2019

“Milli fədailər qrupunun” rəhbəri hadisəni öz üzərinə götürüb

AXCP fəalı Ruslan Əmirli sentyabrın 10-da Bakıda oğurlanaraq naməlum istiqamətə aparılıb.

Onu Milli Onkologiya Mərkəzinin qarşısından aparıblar. Məlumatı onun dostları sosial şəbəkələrdə paylaşıblar.

AXCP fəalını kimlərin oğurladığı bilinmir.

Bir neçə gün qabaq onu özünü “fədailər qrupunun başçısı” kimi təqdim edən, sosial şəbəkədə əlisilahlı fotoları yayılmış Fuad Muradov ölümlə hədələmişdi. Ruslan Əmirli kütləvi tədbirlər zamanı partiya sədri Əli Kərimlini könüllü şəkildə mühafizə edir.

Reportyor Nurlan Libre Fuad Muradovla əlaqə saxlayıb. Reportyor danışıqlarının audioyazısını da paylaşıb. Audioyazıdan belə məlum olur ki, Fuad Muradov hazırda Ankarada olduğunu bildirsə də, Ruslan Əmirlinin qaçırılmasında əli olduğunu etiraf edir və Kanal13-ün əməkdaşı Nurlan Librenin təkrarən bir neçə dəfə sualına müsbət cavab verir.

“Qorxacağımız, çəkinəcəyimiz yoxdur. Kimsə bizə dil uzadacaq, dövləti müdafiə edən şəxslərə dil uzadacaq, cəzasını tapacaq. Qoy AXCP-nin gənclərinə görk olsun ki, bizlə heç kim oyun oynamasın”, - Fuad Muradov deyib.

Fuad Muradov Ruslan Əmirlini oğurladığını etiraf edir

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  11 September 2019
Featured in:  
Shortlink:   http://mtv.re/axmfx3

Most Viewed