Avropa Məhkəməsi Seymur Həzi ilə bağlı qərarını açıqladı

Seymur Həzi

Seymur Həzi

Məhkəmə jurnalistin azadlıq və toxunulmazlıq hüququnun pozulmasını tanıyıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 6-da “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzinin şikayəti üzrə qərarını elan edib.

Avropa Məhkəməsinin qərarında bildirilib ki, həbsdə olan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsi ilə ittiham olunub və 5 il azadlıqdan məhrum edilib. S.Həzi şikayətində Azərbaycan məhkəmələrində onun Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edib. Bundan başqa, jurnalistin şikayətində o da vurğulanıb ki, onun hüquqları Avropa Konvensiyası ilə icazə verilən yox, başqa məqsədlərlə məhdudlaşdırılıb. AİHM-dən Avropa Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinin tanınması istənilib.

AİHM hesab edib ki, Azərbaycan məhkəmələri S.Həzinin Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarını pozub. Məhkəmə Konvensiyanın 5.1 və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb.

AİHM-dən Konvensiyanın 18-ci maddəsi üzrə araşdırmaya lüzum görməyib.

Qərara əsasən, Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, "Azadlıq" qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və "Azərbaycan saatı" proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

"Amnesty International" təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/fxr9xz

Most Viewed