Avropa Məhkəməsi Azərbaycan hökumətinə 10 işlə bağlı suallar göndərib

Avropa Məhkəməsi

Avropa Məhkəməsi

İşləri baxılanlar arasında Vidadi İsgəndərov, Akif Muradverdiyev, Nardaran hadisələrinə görə həbs edilənlər var

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 10 şikayətlə bağlı hökumətə suallar göndərib.

Bu haqda AİHM-in məlumında bildirilir.

Şikayətləri araşdırılanlar arasında tanınmış simalar da var. Bir neçə il əvvəl Azərbaycandan Avropaya mühacirət edən hüquq müdafiəçisi Vidadi İsgəndərov qanunsuz həbs edilməsindən, saxlanılma şəraitindən AİHM-ə şikayət edib. Diabet xəstəsi olan V.İsgəndərli şikayətində yazıb ki, 2011-ci ildə həbs edilərkən 2 nəfərlik kamerada 7 nəfərlə birgə, havasız şəraitdə saxlanılıb, bu, onun hüquqları pozulub.

Şikayətləri araşdırılanlar arasında Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılov və Elman Ağayev də var. Onlar məhkəməyə qədər həbslərinin qanunsuzluğundan, məhkəmə zamanı metal qəfəsdə tutulmalarından şikayət ediblər.

Prezident administrasiyasının işlər idarəsinin rəhbəri olmuş Akif Muradverdiyev də şikayəti araşdırılanlardandır. 2011-ci ildə həbs edilən, daha sonra ölkə prezidentinin əfv etdiyi A.Muradverdiyev həbsinin, evində axtarış aparılmasının qanunsuzluğundan, vəkilsiz sorğu-sual edilməsindən şikayətçidir.

Araşdırılan digər şikayətlərdə də iddia edilən hüquq pozuntuları oxşardır.

Mənsur Heydərzadə polisdə 48 saatdan artıq saxlanılmasından, Vüqar Əliyev Nərimanov polisində bir günə yaxın ac-susuz, havasız şəraitdə tutulmasından, Nazim Agabəyov məhkəməyəqədər həbs edilməsinin qanunsuzluğundan şikayət edib.Daşqın Mikayılov, Tural Səfərov, Məhəmməd Bağırov, Vüqar Əliyevun şikayətlərində də eyni məzmunlu pozuntulara məruz qaldıqları iddia olunur. Avropa Məhkəməsi Azərbaycan hökumətinə Avropa Konvensiyasının 3-cü (Işgəncələrin yolverilməzliyi), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması), 8-ci (Şəxsi həyata hörmət) maddələri üzrə aydınlaşdırıcı suallar göndərib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/enho25

Most Viewed