Avropa İttifaqının Vaşinqtondakı nümayəndləyinin diplomatik statusu aşağı salınıb

Donald Tramp foto https://tvzvezda.ru/

Donald Tramp foto https://tvzvezda.ru/

Nümayəndəlik adi beynəlxalq təşkilat statusuna qədər endirilib

ABŞ Administrasiyası Avropa İttifaqının Vaşinqtondakı diplomatik nümayəndəliyinin statusunu rəsmi Brüsselə xəbərdarlıq etmədən aşağı salıb.

Qərb mətbuatının məlumatına görə, nümayəndəliyin statusu üzv-dövlətdən beynəlxalq təşkilat statusuna qədər aşağı salınıb. 

Aİ nümayəndəsi bildirib ki, qərarın nə zaman verildiyi barədə məlumatları yoxdur.

“Bizi xəbərdarlıq etmək amerikanlıların yadından çıxıb”, nümayəndə deyib.

Onun sözlərinə görə, statusun dəyişdirilməsi təsadüfən məlum olub. Belə ki, nümayəndəliyin rəhbəri Devid O'Sallivan bir sıra vacib tədbirlərə dəvət almayıb. ABŞ-ın keçmiş prezidenti Corc Buşun 2018-ci ilin dekabrında dəfni zamanı isə ona səfirlər arasında yer verilməyib. Yalnız təşkilatçılara müraciətdən sonra nümayəndəliyin statusunun dəyişdirildiyi məlum olub.

Ekspertlər buna bir neçə səbəb göstərirlər. Onlardan biri Amerikanın “Pew Research Cente” təhqiqat mərkəzinin apardığı sorğunun nəticələri olub. Sorğuda məlum olub ki, Avropa İttifaqı vətəndaşları arasında Rusiya ilə münasibətlərin normallaşdırılması tərəfdarları ABŞ-la münasibətlərin normallaşdırılması tərəfdarlarından çoxdur.

Bundan başqa ekspertlər hesab edirlər ki, nümayəndəliyin statusunun aşağı salınması ABŞ-la Avropa İttifaqı arasında ticarət münasibətlərinin korlanması ilə bağlıdır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2udphh

Most Viewed