Avropa İttifaqı

Source: Foto: arxiv

Caption: Avropa İttifaqı

Avropa İttifaqı turistlərə sərhədləri yenidən aça bilər

Mayın 15-dən etibarən Estoniya, Litva və Latviya sərhədlərini bir-birlərinə yenidən açacaq

Brüsselin iflic vəziyyətində olan turizm sənayesini inkişaf etdirmək üçün Avropa ölkələrinə oxşar koronavirus riskli profillərə sahib ölkələrə sərhədləri açmağa icazə verəcəyi deyilir, - “Guardian” xəbər verir.

Avropa Komissiyasının çərşənbə günü Avropa ölkələrinə sərhədlərin açılmasına dair üç fazalı yanaşma tövsiyə edəcəyi gözlənilir, - “Euractiv” saytına sızdırılan sənədlərdə qeyd olunub.

Avropa İttifaqı icraçısı əvvəllər üzv ölkələri arasında təklif olunan “turizm koridorları” ilə bağlı narahatlığını dilə gətirmişdilər. Görünən odur ki, üzv ölkələr sərhədlərinin bir-birlərinin turistləri üçün açmaq üçün ikitərəfli saziş imzalamağı qəbul etməyə hazırdır.

Avropa İttifaqı koronavirusa ən çox məruz qalan ölkələri, xüsusən İspaniya və İtaliyanı, həmçinin ən az təsirə məruz qalmış Yunanıstan və Çexiya kimi ölkələri də daxil edib.

Hazırda rəsmilər Avropa İttifaqının iqtisadi gəlirinin 10% -ni təşkil edən və daha çox İtaliya, İspaniya, Xorvatiya və Yunanıstanın payına düşən Avropanın turizm sənayesini xilas etmək üçün tələsir.

Avstriyanın kansleri Sebastian Kurts (Kurz) keçən həftə Alp əyalətinin turizm sənayesini qorumaq üçün bölgənin bir hissəsini Almaniya və Çexiya kimi təhlükəsiz ölkələrdən gələn qonaqlara açmaq istədiyini açıqlayıb.

Mayın 15-dən etibarən Estoniya, Litva və Latviya sərhədlərini bir-birlərinə yenidən açacaq.

Litvanın Baş naziri Saulius Skvernelis deyib: “Biz durumun öhdəsindən müvəffəqiyyətlə gələn ölkələrin sərhədlərini aça biləcəyini açıq şəkildə bəyan edərək yaxşı nümunə göstərmiş olduq”.

Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri hökumətlərin bu cür ikitərəfli və ya üçtərəfli sövdələşmələrinə mane ola bilmədiklərini etiraf ediblər. Lakin onlar ölkələrarası seçici münasibətləri müzakirə edirlər. Avstriya Almaniyaya sərhədləri açsa, bu Almaniyadakı bütün sakinlərin girişinə icazə deməkdir.

Komissiyanın milli sərhəd nəzarətini qəbul etməsi əvvəllər görülən işlərlə ziddiyyət təşkil edir. “Üzv dövlətlər bir Avropa İttifaqı ölkəsindən olan vətəndaşlar üçün sərhədləri açıb, digərinə bağlaya bilməz. Bu önəmlidir”, - Avropa daxili işlər komissarı İlva Cohanson keçən gün deyib.

Eyni zamanda Boris Conson və Emmanuel Makronun vətəndaşlarına yay boyunca İngiltərə və Fransa arasında sərbəst gediş-gəlişinə icazə verəcək saziş üzərində işlədikləri və iki ölkə arasında səyahət koridorunun yaradılacağı deyilir.

Ziyarətçilərə karantin məhdudiyyətləri də milli hökumətlər tərəfindən müəyyən edilir. Avropa İttifaqı icraçısı oxşar infeksiya dərəcəsi olan ölkələrə bərabər məhdudiyyətlər tətbiq etməyə çağırıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8cld2d

Most Viewed