Avropa İttifaqı

Source: Foto: arxiv

Caption: Avropa İttifaqı

Avropa İttifaqı Ermənistan təyyarələrinə qadağa tətbiq edib

Ermənistana məxsus aviaşirkətlərin təhlükəsizlik standartlarına cavab vermədiyi deyilir

Avropa Komissiyası beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi üçün Ermənistana məxsus aviaşirkətlərin bloka girməsinə qadağa qoyub, - “Euobserver” xəbər verir.

Komissiya bildirib ki, qərar “Hava Təhlükəsizliyi Komitəsi tərəfindən verilən yekdil rəyə” əsaslanıb.

“Bloomberg” bildirir ki, komissiyanın bu qərarı Ermənistanın aviasənaye sahəsinin tənzimlənməsi ilə bağlı narahatlıqlarını əsas gətirib. Bununla yanaşı bildirilib ki, Avropa İttifaqı ölkənin aviasiya təhlükəsizliyinin inkişafı ilə bağlı əməkdaşlığı davam etdirəcək.

“Avropa İttifaqı Aviasiya təhlükəsizliyini artırmaq üçün Ermənistanla əməkdaşlıq etməyə və ölkəyə investisiya qoymağa hazırdır”,- Avropa Nəqliyyat Komissarı Adina Valean çərşənbə axşamı Brüsseldə elektron poçtla verdiyi açıqlamada bildirib.

İttifaqın qara siyahısı ilk dəfə 2006-cı ildə yaranıb və bu siyahıya əsasən Afrikadan olan 90-dan çox aviaşirkət daxil edilib. Qadağaya Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Liberiya və Sudan kimi ölkələrin avişirkətlərinin sərnişin və yük daşıma xidmətləri daxil edilib.

2004 və 2005-ci illərdə baş vermiş aviaqəzalardan sonra avropalı sərnişinlərin ölümünün qarşısını almaq üçün ittifaq hökumətləri ortaq qara siyahı tərtib etmək qərarına gəlib. Məqsəd aviatəhlükəsizliyə dair vahid yanaşma təyin etmək olub. Siyahı ildə iki dəfə yenilənir və Avropa hava limanlarında yoxlamalar zamanı aşkar edilmiş çatışmazlıqlar əsasında tərtib edilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dh0luq

Most Viewed