Source: Reuters

Avropa İttifaqı belaruslara vizaların verilməsinin dayandırılması məsələsinə baxa bilər

Məqalə "Euroradio" saytında dərc olunub

Litvaya qeyri-leqal keçən şəxslərə görə Belarus yeni sanksiyalar təhlükəsi ilə üzləşə bilər. Daxili işlər üzrə Avropa komissarı İlva Yuxansson hadisələrin bu cür inkişafını istisna etmir. O, bu məsələ ilə bağlı iyulun 12-də Avropa Parlamentinin Xarici işlər komitəsinin və insan haqları yarımkomitəsinin birgə dinləmələrində çıxış edib.

Avrokomissar bildirib ki, Belarusdan Litvaya keçən qeyri-leqal miqrantların sayı ötən illə müqayisədə bu il 22 dəfə artıb. Xüsusilə son ayda problem daha da aktuallaşıb.

Azad Avropa Radiosu/Azadlıq Radiosunun şərhçisi Rikard Yuzvya “Twitter”də Yuxanssonun Litva-Belarus sərhəddindəki vəziyyətə görə Belarus üçün viza rejiminin dayandırılacağının istisna olunmadığına dair sözlərini misal gətirir. Aİ qeyri-leqal miqrasiyanın artması səbəbindən belaruslara vizanın verilməsinin dayandırılması ilə bağlı məsələyə baxa bilər, - “lrytas.lt” dəqiqləşdirir.

İyulun 30-dva Belarus XİN bəyan edib ki, Minsk Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır və Aİ ilə readmissiya haqda müqavilənn dayandırılması proseduruna başlayır. Avropa İttifaqının Xarici Siyasət Xidmətinin mətbuat nümayəndəsi Nabila Masrali Belarus hakimiyyətinin demarşına baxmayaraq “şengen vizaları”nın belaruslar üçün avtomatik olaraq bahalaşmayacağını (yəni, 35 avrodan 80 avroya yüksəlməyəcəyini) bildirib. Məlum olduğu kimi, readmissiya haqda müqavilə belaruslar üçün şengen vizalarının sadələşdirilməsi haqda müqavilə ilə eyni paketdə qəbul edilib. Buna baxmayaraq, Avropa İttifaqı Minsk tərəfindən readmissiya müqaviləsinin dayandırılmasına cavab olaraq müəyyən tədbirlərin hazırlığına başlayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/eejjbo

Most Viewed