Avropa İttifaqı: Azərbaycanda prezident seçkiləri ciddi pozuntularla keçirilib

“Seçkilər siyasi vəziyyətin məhdudlaşdırılması şəraitində və əsas hüquq və azadlıqları – toplaşma, ifadə, kütləvi informasiya azadlıqlarını məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib”

Source:
Seçki
Seçki


“Seçkilər siyasi vəziyyətin məhdudlaşdırılması şəraitində və əsas hüquq və azadlıqları – toplaşma, ifadə, kütləvi informasiya azadlıqlarını məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib”

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarının mətbuat xidməti Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunları ilə bağlı bəyanat

yayıb

. Bu barədə “Turan” məlumat yayıb.

Bəyanatda deyilir:

“Seçkiləri müşahidə edən ATƏT DTİHB missiyası qeyd edib ki, Azərbaycan hakimiyyəti beynəlxalq müşahidəçilərə müsbət münasibət göstəriblər və onlar sərbəst işləyə biliblər ki, bu da konsruktiv addım sayılır. Missiyanın hesabatına görə, seçkilər siyasi vəziyyətin məhdudlaşdırılması şəraitində və əsas hüquq və azadlıqları – toplaşma, ifadə, kütləvi informasiya azadlıqlarını məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib. Seçki günü müşahidəçilər şəffaflığın olmadığını və çoxsaylı ciddi pozuntuların olduğunu bildiriblər. Avropa İttifaqı Azərbaycan hakimiyyətinin Şurada iştirak edəcəyini, bu və əvvəlki seçkilərlə bağlı ATƏT/DTİHB-nin tövsiyələrini yerinə yetirəcəyini gözləyir. Aİ bu prosesdə yardım etməyə hazırdır. Aİ Azərbaycan xalqı və Azərbaycanla Aİ arasında münasibətlər naminə yeni prezidentlik dövründə demokratiya və insan hüquqları məsələlərinin həlli məqsədilə Azərbaycanla dialoqu və sıx əməkdaşlıqı davam etdirəcəyinə ümid edir”

Ana səhifəXəbərlərAvropa İttifaqı: Azərbaycanda prezident seçkiləri ciddi pozuntularla keçirilib