Harlem Dezir

Source: Foto: Meydan tv

Caption: Harlem Dezir

ATƏT nümayəndəsi: Jurnalistlərin qanuni peşə fəaliyyətini yerinə yetirməyə əngəllər yaradılıb

“Rəsmilər olayları dərhal araşdırmalıdır”

“Bakıda ictimaiyyətə açıq aksiyalarda jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllərin yaradılmasını qınayıram. Rəsmiləri bu olayları dərhal araşdırmağa, gərəkli addımlar atmağa çağırıram”.

Bu barədə ATƏT-in Media Ofisinin rəhbəri Harlem Dezirin bəyanatında deyilir.

O qeyd edib ki, medianın, jurnalistlərin ictimaiyyətə açıq olan bütün olayları izləmək, oradan bilgi toplamaq hüququ var.

“Onlar bu hüquqlarını heç bir qorxu, maneə olmadan həyata keçirə bilməlidilər. Oktyabrın 19-20-də Bakıda keçirilən aksiyalarda Meydan TV, Azadlıq Radiosu, Turan Agentliyi, Amerikanın Səsi, Objektiv TV, Azadliq qəzeti, Toplum TV-nin əməkdaşları fiziki və sözlü basqıya məruz qalıblar. Onların qanuni peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllər yaradılıb”, - bəyanatda deyilir.

Oktyabrın 19-da Bakıda Demokratik Qüvvələrin Milli Şurası aksiya keçirməyə cəhd edilib. Aksiyanın qarşısı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən alınıb. Aksiya zamanı 60-dan çox insan, o cümlədən AXCP sədri Əli Kərimli, mitinqin təşkilat komitəsinin üzvləri saxlanılıblar. Saxlanılanların çoxu sonradan sərbəst buraxılsa da, 11 nəfər 15 sutkadan 60 sutkaya qədər inzibati həbs edilib.

Oktyabrın 20-də bir qrup insan qadınlara qarşı şiddətə etiraz olaraq aksiya təşkil edib. Bu aksiyanın da keçirilməsinə polis tərəfindən imkan verilməyib.

Hər iki aksiya zamanı polis jurnalistlərin fəaliyyətinə mane olan hərəkətlər edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9sz17s

Most Viewed