Source: google

Atəşkəs razılığına baxmayaraq, Suriyada savaş davam edir

Article was updated on :  18 October 2019

Ərazidəki jurnalistlər atəş səslərini eşitdiklərini deyirlər

Türkiyə ilə ABŞ arasında beş günlük atəşkəs əldə olunmasına baxmayaraq, cümə günü səhər Suriya-Türkiyə sərhəddində atəş səsləri eşidilib. Vaşinqton qeyd edib ki, razılaşma Ankaranın ələ keçirmək istədiyi ərazinin yalnız kiçik bir hissəsini əhatə edir.

Sərhəddə olan “Reuters” jurnalistləri atəş səslərini eşitdiklərini deyiblər və cümə günü Suriyanın döyüş bölgəsindəki Ras əl-Ayn şəhərində tüstünün yüksəldiyini görüblər.

ABŞ-ın vitse-prezidenti Mayk Pensin cümə axşamı günü Ankarada Türkiyə prezidenti Tayyib Ərdoğanla görüşdükdən sonra elan etdiyi barışıq savaşda 5 günlük fasiləni nəzərdə tutur. Razılaşmayla kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Gücləri (SDF) qüvvələri bu müddət ərzində türk qüvvələrinin nəzarətində olan ərazilərdən çıxmalıdır.

SDF deyib ki, hava və artilleriya hücumları Ral əl-Ayndakı mülki və onların mövqelərini hədəf almağa davam edib. “Türkiyə dünən gecədən bəri şəhərə hücumunu davam etdirərək atəşkəs sazişini pozub”,- SDF sözcüsü Mustafa Bali tvitində qeyd edib.

Saziş prezident Donald Trampın ABŞ-ın İslam Dövlətinə (İŞİD) qarşı illərdir birlikdə mübarizə apardığı kürd müttəfiqlərini tərk edərək, ABŞ qüvvələrini Suriyadan geri çəkdikdən sonra yaranmış böhranı aradan qaldırmağa yönəlib.

Tramp sazişi alqışlayıb və deyib ki, razılaşma milyonlarla insanın həyatını xilas edəcək.

“Türkiyə sazişi Suriyanın içinə doğru 30 km-lik ərazini nəzarətə almağı nəzərdə tutan əməliyyat planının həyata keçirilməsinin tərkib hissəsi kimi, tam bir qalibiyyət olaraq görür”, - “Reuters” xəbər verir.

Ancaq ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri (James Jeffrey) deyib ki, saziş bu məqsədi daşımır. Belə ki, saziş türk qüvvələrinin fəaliyyət göstərdiyi ərazini əhatə edib, - o qeyd edib.

Müqaviləyə əsasən geri çəkilməli olan SDF də razılaşmanın yalnız kiçik bir ərazini əhatə etdiyini söyləyib.

SDF komandiri Mazloum Kobani kürd telekanalı “Ronahi TV”-yə açıqlamasında deyib ki, qrup atəşkəsi qəbul edəcək, ancaq bu, sərhəddə və təxminən 120 km məsafədə olan Ras Al Ayn ilə Tal Abyad şəhəri arasındakı zolaqla məhdudlaşacaq.

ABŞ qüvvələrini geri çəkdikdən sonra Vaşinqtonun bölgədəki boşluğunu Rusiya və İran doldurmağa çalışır. Moskva və Tehran tərəfindən dəstəklənən Bəşər Əsər hökumətinə məxsus qüvvələri də öncədən Vaşinqton tərəfindən qorunan ərazilərə kürdlər dəvət edib.

Amerikanın elçisi Cefri ABŞ qüvvələrini geri çəkdiyi üçün Ankaranın hazırda Moskva və Dəməşqlə danışıqlara getdiyini qəbul edib.

“Bildiyiniz kimi, hazırda Rusiya, Suriya ordusu, Türk, Amerika, SDF və bəzi Daeş (İslam Dövləti) elementləri ilə əhatəli çox qarışıq vəziyyətdəyik”, - Cefri deyib.

“İndi türklər şimal-şərqdəki digər ərazilərdə və Fəratın qərbindəki Manbijdə ruslar və suriyalılarla öz müzakirələrini davam etdirir”, - o deyib. “Daha sonra bunu Türkiyənin nəzarətində olan təhlükəsiz zonaya daxil edib-etməməsi barədə hərtərəfli danışılmadı“, - o əlavə edib.

Əldə olunmuş razılıqda həmçinin qeyd edilib ki, Ankara və Vaşinqton beynəlxalq ictimaiyyətin əsas narahatlıq mənbəyi olan İslam Dövləti döyüşçüləri və onların ailələrinin saxlandığı həbsxanalar barədə birgə əməkdaşlığını davam etdirəcək.

Pens əlavə edib ki, çərşənbə axşamı Türkiyəyə tətbiq edilmiş sanksiyalar atəşkəs daimi olarsa qaldırılacaq.

Türkiyənin Suriyanın şimal şərqinə hücumu ABŞ qüvvələrinin bölgədən çıxarılmasından sonraya təsadüf edib. Vaşinqton 1000-ə yaxın silahlı kontingentini ərazidən oktyab ayının 6-da, prezidentlər Ərdoğanla Tramp arasında keçən telefon danışığından sonra çıxarıb. Hadisə bölgədə Suriya savaşından sonra ikinci humanitar böhrana gətirib çıxarıb. 200.000-ə yaxın insan ərazini tərk edib, minlərlə İŞİD döyüşçülərinin kürd həbsxanalarından qaçdığı qeyd edilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  18 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/iehssi

Most Viewed