Ata Bank

Source: google.az

Caption: Ata Bank

''Ata Bank borcumun olmadığına dair sənəd verib, amma sistemə salmır''

Mingəçevir sakini ''Ata Bank''dan şikayətçidir

"2012-ci ildə "Ata Bank"dan kredit götürdük. Dollarla hesablayıb 10 min manat yazdılar. Min manatı sığorta və s. adla özlərinə saxladılar, mənə 9 min manat verdilər. 2015-ci ildə devalvasiya oldu. Dolların məzənnəsi ilə bərabər mənim borcum da qalxdı. Bir müddət ödəyə bilmədim. Məhkəməyə verdilər. 2017-ci ildə borcumu qəpiyinə qədər ödəyib qurtardım. İndi prezident fəman verib, artıq ödədiyim məbləği mənə qaytarmalıdırlar, ancaq vermirlər".

Mingəçevir sakini Şahin Məmmədov belə deyir. O, krediti "Ata Bank"ın Mingəçevir filialından götürüb. Deyir, bank ona borcunu tam ödəməsi ilə bağlı sənəd də verib. Ancaq borcun ödənilməsini sistemə vurmayıb. Nəticədə, bu gün ona veriləcək olan kompensasiya borca çıxılır:

"Hansı ki, həmin borcu ödəyib qurtarmışam. Bankın səhlənkarlığı ucbatından mən kompensasiyamı ala bilmirəm. Az pul da deyil, düz 7200 manatdır. Banka köçüb, ancaq mənim kartıma oturmur. Çünki sistemdə mənim bir o qədər borcum olduğu görünür və həmin kompensasiya borcun ödənməsinə yönləndirilib. Halbuki borcum da yoxdur".

Ş.Məmmədov əlavə edir ki, ona verilən 9 min manat onsuz da 20 min manata başa gəlib. İndi kompensasiya almalıdır, onu da ala bilmir:

"Bank da mənə təmizlik kağızı verdi ki, mən Məmmədov Şahin Firudin oğlunun "ATA Bank"a borcu yoxdur. İndi prezidentin verdiyi qərarla bankın mənə qaytarmalı olduğu 7200 manatı borcum kimi qeyd edirlər. Guya o pul mənə çatmır, borcuma gedir. Soruşuram nə borc? Deyirlər ki, sizin ödənmiş borcunuzu bank sistemə vurmayıb, nəticədə, həmin pul sizə kompensasiya kimi ödənmir. Borc kimi çıxılır. Bilirəm hara müraciət edim, nə edim".

Vətəndaş deyir ki, dəfələrlə banka problemi olmadığını söyləyib. Ancaq xeyri olmayıb:

"Pul da banka köçüb. Mənim kompensasiyamdır. Amma kartıma oturmur. Hamısı da çox yaxşı bilirlər ki, mən ödəmişəm. Üstəlik, borcumun olmaması ilə bağlı təmizlik kağızı da var. Bu hadisə mənə çox pis təsir edir. Bildiyiniz hər gün bir söz deyirlər, ödəmirlər. Mənim 7200 manatımı vermirlər. Amma vətəndaş pulu gecikdirəndə üstünə faiz gəlir. Onda onlar da nə qədər ödəməyiblər üstünə faiz gəlsin".

Meydan TV məsələyə münasibət öyrənmək üçün "ATA Bank"ın Mingəçevir filialı ilə əlaqə saxlayıb. Bankdan müştərilərlə bağlı şəxsi məsələlərə münasibət bildirə bilməyəcəklərini söyləyiblər:

"Vətəndaş banka yaxınlaşsın. Biz araşdıraq, görək problemi nədir".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bwf9l5

Most Viewed