Araz Ağalarov

Source: Foto: google.az

Caption: Araz Ağalarov

Araz Ağalarovun xəstəxanasının 2 milyardlıq müqaviləni tendersiz götürdüyü bildirilir

Article was updated on :  27 May 2020

Moskva şəhər Prokurorluğu müəssisədə araşdırmaya başlayıb

Moskva şəhər Prokurorluğu azərbaycanlı iş adamı Araz Ağalarovun koronavirus xəstələri üçün yaratdığı xəstəxanada araşdırmaya başlayıb.

Məlumatı “Nastoyaşeye Vremya” yayıb.

Səbəb xəstəxananın 2 milyard rubl dəyərində dövlət müqaviləsini tendersiz götürməsi, işçilərlə əmək müqaviləsi bağlamamasıdır. Xəstəxanada 500 nəfərin çalışdığı bildirilir.

Araz Ağalarov şəhərin Krasnoqorsk 1 saylı xəstəxanasını bir müddət əvvəl koronavirus xəstələri üçün hospitala çevirib. Amma hospital açılandan bir müddət sonra pasiyentlər və həkimlərdən mediaya şikayətlər edilib.

Həmin şikayətlər içində dərman çatışmazlığı problemi də olub.

Moskva sakini Anna Sviridyuk “Nastoyaşeye Vremya”ya bildirib ki, onun anası hospitala yerləşdirilsə də, həkimlər bir neçə gün yaşlı qadını müalicə etməyib:

“Təkcə mənim anam yox, digər pasiyentlər də baxımsız vəziyyətdə olublar. Bir palatada 4 xəstə var, amma onların heç birinə 2 sutka yaxın getməyiblər. Yalnız ikinci sutkanın sonunda gəlib anama deyiblər ki, ona nəsə verəcəklər. Bu müddətdə anamın durumu pis olub, bizimlə telefonla danışa bilmirdi. O mənə danışdı ki, 2 gün keçəndən sonra hərarətin aşağı salıblar. Deyəsən, dimedrolla analgin vurublar. Belə görünür ki, anam onun hesabına yuxuya gedib”.

Hospital

Hospital

Source: Foto: https://www.currenttime.tv/

Xəbərdə deyilir ki, şəhər prokurorluğunun hospitalda araşdırmaya başlamasından sonra, mayın 24-də ora dərman və başqa tibbi ləvazimatlar gətirilib.

Həkimlər açıq şəkildə narazılıq etsələr maaşlarının kəsiləcəyindən qorxurlar. Prokurorluğun mətbuat xidməti aparılan yoxlamanın məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyini qeyd edib.

“Xəstəxananın fəaliyyətə başlamasından 2 həftə keçib. Həkimlərlə, sıravi tibb işçiləri (onlar “qırmızı zona”da çalışanlardır) ilə əmək müqaviləsi imzalanmayıb”, - bunu “Nastoyaşeye Vremya”ya adının çəkilməsini istəməyən həkimlər deyib.

Onların sözlərinə görə, əvvəlcə onlara 36 saatlıq iş həftəsinə 250 min rubl maaş vəd ediblər. İndi həmin məbləğ iki dəfə artmalıdır. Amma tibb bacıları ilə yalnız mayın 22-də əmək müqaviləsi imzalanıb.

“Nastoyaşeye Vremya” səslənən ittihamlarla bağlı “Krokus Ekspo” şirkətinə və Səhiyyə Nazirliyinin Moskva şöbəsinə müraciət etsə də, münasibət ala bilməyib. Yalnız bir gün sonra nazirliyin Moskva şöbəsi “İnterfaks” Agentliyinə deyib ki, hospitalda bütün dərmanlar var və tibb personalı ilə vaxtında müqavilə imzalanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  27 May 2020
Featured in:  
Shortlink:   http://mtv.re/59hpmk

Most Viewed