AQTA: İrandan idxal olunan kartofda “güvə” aşkarlanıb

Agentlik bununla əlaqədar İrana notifikasiya verib, adıçəkilən subyektlərdən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsini tələb edib.

Source: Specify Source


Agentlik İrana notifikasiya verib

Azərbaycan İranın bəzi subyektlərindən kartof idxalını dayandırır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat

yayıb

.

Bildirilir ki, keçirilən nəzarət tədbirləri çərçivəsində İranın “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektlərinin Azərbaycana ixrac etdikləri kartof məhsulunda “kartof güvəsi” (Phthorimaea operculella) aşkarlanıb.

Agentlik bununla əlaqədar İrana notifikasiya verib, adıçəkilən subyektlərdən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsini tələb edib.

Faktla bağlı Respublikanın Baş dövlət fitosanitar müfəttişi tərəfindən “Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş məhsul idxalının qadağan edilməsi haqqında” 2021-ci il 21 sentyabr tarixli Q-BS/006 nömrəli qərar qəbul edilib.

Ana səhifəSosialAQTA: İrandan idxal olunan kartofda “güvə” aşkarlanıb