Aprel döyüşçüsü: ''Prezident Administrasiyasından məni həbsə göndərdilər''

Amin Sadıqov iki il öncə Ermənistanla Azərbaycan arasında baş vermiş aprel döyüşlərindən sonra yeriyə bilmir. Döyüşlərdə yaralanıb və Bakıdakı Hərbi Hospitala gətirilib. Orada altı ay qaldıqdan sonra təxris olunub. İki il yarımdır ki, əlil arabasına tutunub. Amin Sadıqov həftədə bir dəfə şoka girir.

Qıcolması tutur, təzyiqi də yüksəlir. Yaralanandan sonra ona 8800 manat siğorta pulu ödənilib. Ancaq deyir ki, bu pul müalicəsi, ayağa qalxması üçün yetərli deyil. Bu səbəbdən də müalicəsi üçün 10 min kredit götürüb. Aldığı pensiyasının yarısı kreditlərə, yarısı da dərmanlara xərclənir. Umduğu köməyi yetkililərdən görmədiyini deyir. Keçmiş əsgərin təkcə bədənində deyil, ürəyində də yaralar var.

Tez-tez şəhid xəbərləri gəlirdi Amin buna dözməyib, yenidən hərbi xidmətə yollanmışdı. Bu yolda hər acıya dözərəm deyirdi. İndi isə dövlətin laqeydliyinin onu paramparça etdiyini dilə gətirir.

Hətta bir il öncə Prezindent Administrasiyasına qəbula üz tutanda onu həbsə yollayıblar. 2016-cı il aprelin 2-də qızışan döyüşlər ayın 5-nə qədər davam etdi, hər iki tərəf ağır itki verdi, onlarla hərbçi, mülki şəxs yaralandı, həyatını itirdi. O zaman yaralanan əsgər valideynləri ilə görüşdə ölkə başçısı İlham Əliyev belə demişdi. “Həkimlər deyir ki, əsgərlər tam sağalacaq.

Onların sağlamlıqları bərpa olunacaq”. Amin Sadıqovun da ayağa qalxıb, yenidən yeriməsi üçün möcüzə gərək deyil. Xəstəxanadan ona bildiriblər ki, bunun üçün 30 min manata ehtiyac var.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8zmj0u

Most Viewed