Anqolanın keçmiş prezidentinin ailəsi ilə bağlı sənədlər ortaya çıxıb

İngiltərədəki “Corruptioln Watch”-un rəhbəri Andryu Faynştayn (Andrew Feinstein) Dos Santosun Anqolanı cəzasını siravi anqolalıların ödədiyi şəkildə istismar etdiyini deyib

Source: Foto: google.ru


Sabiq prezidentin qızının və kürəkəninin ölkəni istismar etdiyi bildirilir

Anqolanın keçmiş prezidenti Jose Eduardo dos Santosun qızı və kürəkəninin ölkənin var-dövlətini korrupsiya və qanun pozuntuları ilə istismar etdiyini ortaya çıxaran sənədlər bir sıra beynəlxalq media qurumlarına sızdırılıb.

BBC xəbər verir ki, Dos Santos həyat yoldaşı Sindika Dokolo ilə birlikdə atasının prezidenti olduğu dövrdə sahib olduğu nüfuzdan istifadə edərək, “şübhəli sövdələşmələr və investisiyalar” etməkdə günahlandırılır.

Anqola Afrikanın neft və brilyant kimi yeraltı sərvətlərlə zəngin ölkələrindən biridir.

Telekommunikasiya sənayesi və daşınmaz əmlak cəlbedici investisiya sahələrindən sayılır.

İttihamları rədd edən Dos Santos iddiaların siyasi motivli olduğunu iddia edir və bildirir ki, olanlar onu hədəf alan “cadugər ovu” nun bir parçasıdır.

Hazırda Dos Santos haqda Anqolada korrupsiya araşdırması başlanıb. Onun Londona köçdüyü və İngiltərədə bahalı daşınmaz əmlak aldığı bildirilir.

BBC-nin 37 beynəlxalq yayım təşkilatı ilə birlikdə əldə etdiyi 700.000 səhifəlik sənədi “Platform to Protect Whistle-blowers in Africa” adlı “gizli qaynaqlar” təşkilatının sızdırıldığı bildirilir.

İngiltərədəki “Corruptioln Watch”-un rəhbəri Andryu Faynştayn (Andrew Feinstein) Dos Santosun Anqolanı cəzasını siravi anqolalıların ödədiyi şəkildə istismar etdiyini deyib.

“Dünyanın hər hansı bir yerində jurnal qapaqlarını bəzəyəndə və ya Fransanın cənubunda göstərişli partilər keçirəndə bunları həmişə Anqola vətəndaşlarının ideallarını əzərək edir”,- Faynştayn deyib.

Ana səhifəDünyaAnqolanın keçmiş prezidentinin ailəsi ilə bağlı sənədlər ortaya çıxıb