Əhsən Nuruzadə

Source: meydan tv

Caption: Əhsən Nuruzadə

Anası: Əhsən Nuruzadə cərimə kamerasına salınıb

''Onun mədəsində də problem var''

“Müsəlman Birliyi” Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəza Çəkmə Müəsisəsində cərimə kamerasına salınıb.

Bu barədə onun anası Zeynəb Hüseynova məlumat verib.

Onun sözlərinə görə, hadisə ötən həftənin şənbə günü baş verib.

“Ötən həftənin 6-cı günü Əhsən evə zəng etməli idi. Lakin biz nə qədər gözləsək də, Əhsən zəng etmədi. Sonra bizə oradakı məhbuslardan biri xəbər göndərdi ki, Əhsəni və digər məhbus olan Məhəmmədəlini cərimə kamerasına salıblar. Bugünə qədər Əhsən Nuruzadə bizimlə əlaqə saxlamayıb. Mən ona görə çox narahatam. O, oruc tuturdu və bu hala salınması məni çox narahat edir. Onun mədəsində də problem var,” - deyə Zeynəb Hüseynova diqqətə çatdırıb.

Ana bildirib ki, bundan əlavə, o, birinci dəfə tutulanda işgəncələrə məruz qalmışdı və dizlərində ağrılar əmələ gəlmişdi:

“Ehtimal edirəm ki, döyülərək işgəncələrə də məruz qalıb. Sabah çalışacam gedim onunla görüşüm”.

Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/s9jpbp

Most Viewed