Almaniya

Source: arxiv

Caption: Almaniya

Almaniyada: Pandemiya zamanı qızlar oğlanlara nisbətən daha çox təhsilə meylli olublar

“Nəticələr normal məktəb dərslərinə qayıtmağımızın nə qədər vacib olduğunu göstərir”

Almaniyada koronavirus pandemiyası zamanı oğlan uşaqlarına nisbətən qızlar daha çox təhsilə meylli olublar və yaradıcılıq layihələrinə daha çox zaman sərf ediblər,- “Reuters” xəbər verir.

Lakin hər iki qrup martda pandemiya ilə əlaqədar məktəblərin bağlanmasından əvvəl olduğundan daha çox valideynlərin əsəblərini pozublar, - agentlik əlavə edib.

İyun ayında 1099 valideynin cəlb olunduğu və çərşənbə günü yayımlanan İfo İnstitutunun araşdırmasına görə, uşaqların məktəb işlərinə sərf etdikləri orta vaxt o gündən bəri gündə 7,4 saatdan 3,6 saata düşüb.

Önümüzdəki həftələrdə məktəblərin yenidən açılacağı gözlənir. Araşdırmaya əsasən, valideynlərin 64 faizi uşaqlarının pandemiya zamanı daha az bilik əldə etdiyinə inanır.

Onların fikrincə, pandemiya zamanı uşaqlar televizor izləməyə, kompüter oynamağa və ya telefon istifadə etməyə gündə 5 saatdan çox vaxt sərf ediblər. Bu, normadan daha çoxdur, - “Reuters” qeyd edib.

Araşdırmada qeyd edilir ki, rəqəmlər qızlar və oğlanlarla müqayisədə fərqli olub. Qızlar telefonlardan oğlanlara nisbətən gündə bir saat daha az istifadə ediblər və qarşılığında dərslərinə yarım saat daha çox, oxumağa və yaradıcı əyləncələrə 20 dəqiqə daha çox, sosial mediada 15 dəqiqə daha çox vaxt sərf ediblər.

Valideynlərin övladlarına məktəb işlərinə kömək etmək üçün sərf etdikləri vaxt iki qat artıb, - araşdırma müəyyən edib.

“Nəticələr qoruyucu tədbirlərə riayət edərək normal məktəb dərslərinə qayıtmağımızın nə qədər vacib olduğunu göstərir”,- İfo Təhsil İqtisadiyyat Mərkəzinin rəhbəri Ludjer Vusman (Ludger Woessmann) “Reuters”ə bildirib.

Təhsil zamanı uşaqlar ən azı bir müddət maskalar geyinməli və sosial məsafəyə riayət etməli olacaqlar.

Almaniyada geniş yayılmış test və yaxşı təchiz olunmuş səhiyyə sistemi sayəsində digər ölkələrə nisbətən COVID-19-dan ölənlərin sayı daha azdır. Gündəlik hallar son həftələrdə artsa da, səhiyyə mütəxəssisləri cəmiyyətin gigiyena və məsafə qaydalarına sadiq qaldığını qeyd ediblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/d6n7rq

Most Viewed