Source: Google

Almaniya çeçenin öldürülməsində Rusiyanı şübhəli bilir

Federal prokurorluq qətlə bağlı cinayət işinə baxacaq

Alman Federal Prokurorluğu bu yay Berlində öldürülmüş bir etnik çeçen, Gürcüstan vətəndaşının işinə baxmağa hazırlaşır. RFE/RL xəbər verir ki, prokurorluq Rusiya kəşfiyyatının qətldə əlinin olduğunu düşünür.

Əvvəllər Rusiyanın Çeçenistan bölgəsində separatçılarla birlikdə döyüşən 40 yaşlı Zelimxan Xangoşvili avqust ayının 23-də Klayner Tiyerqarten (Kleiner Tiergarten) parkında iki dəfə başından vurulub.

Qətlin həyata keçirilməsində şübhəli bilinən Rusiya vətəndaşı qısa müddət sonra həbs olunub.

“Federal Prokurorluq Rusiya dövlət qurumlarını qətlin əmrində şübhəli bilir”, - alman həftəlik jurnal “Der Spiegel” bildirib. Qeyd edilib ki, federal prokurorluq yaxın günlərdə lazımi addımlar atmağa hazırlaşır.

Digər alman mediası və ”Reuters” həmçinin xəbər verir ki, federal prokurorluq bu həftə hərəkətə keçəcək.

“Qətlin arxasında xarici bir kəşfiyyat orqanının dayandığına dair dəlilimiz var”, - “Reuters” alman hüquq mənbəsinə istinad edərək qeyd edib.

Alman mediası Xangoşvilinin sui-qəsdi ilə keçmiş rus casusu Sergey Skripalın İngiltərədə zəhərlənməsi arasında oxşarlığa diqqət çəkib.

Rusiya hər iki hadisədə dövlətin iştirakını rədd edib.

Xangoşvili 1999-2002-ci illərdə İkinci Çeçen müharibəsində komandir Şamil Basayevlə birlikdə rus milli qüvvələrinə qarşı savaşıb. Onun keçmiş Çeçenistan prezidenti Aslan Masxadovla yaxın olduğu bildirilir.

”Der Spiegel”, Rusiyadakı ”The İnsider” və Britaniya onlayn araşdırmacı qurumu ”Bellingcat”in ortaq araşdırmasına görə, şübhəli Vadim Adreyeviç Sokolov adı altında fəaliyyət göstərib. Belə ki, o, Rusiya təhlükəsizlik xidməti, xüsusən də GRU hərbi kəşfiyyatı ilə əlaqəli pasportdan istifadə edib.

Lakin şübhəlinin həqiqi kimliyi məlum deyil.

Rusiya milli pasport qeydiyyat şöbəsində göstərilən ad ilə heç kimin qeydiyyatda olmadığı bildirilir.

“Bellingcat” araşdırmasında qeyd edilir ki, Rusiyanın GRU hərbi kəşfiyyat xidmətinin üç rəsmisi Skripal və qızını yüksək zəhərli sinir öldürücü ilə öldürməyə cəhd edib.

İddia olunan üç nəfərdən ikisi dindirilmək üçün axtarışdadır. Skripal və qızı ölümdən qurtula bilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/xhnhkl

Most Viewed