Source: Meydan Tv

“Aliment verməyən kişilərin ölkədən çıxışına qadağa qoyulmalıdır”

Vəkil: “Hicran Hüseynovanın dediyi qanuni tələbdir”

“Qadınlar bizə müraciət edirlər ki, aliment ala bilmirlər. Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə deyib.

Hicran Hüseynova bildirib ki, dünya təcrübəsində aliment verilməyəndə həmin pulu Aliment Fondu ödəyir. Kişi sonra həmin pulu Aliment Fonduna ikiqat artıq verir: “Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.

Hüquqşünas Zibeydə Sadıqova deyir ki, Hicran Hüseynovanın dediyi qanuni tələbdir, məhkəmə qətnaməsi icra edilməlidir. Əks halda, ilk dəfə xəbərdarlıq edilir, sonra ölkədən çıxışına qadağa qoyulur. Ən sonda da həbs edilir:

“Bu, Cinayət Məcəlləsinin 306-cı maddəsində də qeyd edilib. Həmin maddə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə adlanır. Qərar icra edilmədiyi təqdirdə şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimələnir. Yaxud üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlərdə çalışmalıdır. Ən sonda da üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Hüquqşünas deyir ki, 84-1-ci maddə ilə həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/wqmzau

Most Viewed