Ali Məhkəmə girişi əngəllənmiş saytların şikayətini təmin etməyib

Adil İsmayılov: “Məhkəmə baxışı aylarla uzandı”

Ali Məhkəmədə iyunun 4-də hakim Mehparə Əhmədovanın sədrliyilə bir neçə media orqanının (Meydan TV, AzadlıqRadiosu, “Azadlıq” qəzeti, Turan TV və “Azərbaycan saatı” televiziya proqramı) saytlarına girişin Azərbaycan ərazisində bloklanması ilə bağlı kasasiya şikayətlərinə baxılıb.

Məhkəmədə AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılov bildirib ki, qərarda adları olan internet resurslarına girişin məhdudlaşdırılmasından 15 ay keçib. Vəkil xatırladıb ki, qanuna əsasən, sayta girişin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılıb qərar çıxarılmalıdır.

A.İsmayılov bildirib ki, qanunla beş gün ərzində baxılması nəzərdə tutulan bir iş üzrə araşdırmanın aylarla uzanması istənilən halda, süründürməçilikdir.

Radionun davranış qaydalarından danışan vəkil bildirib ki, bu media orqanı fəaliyyətində etik kodeksə ciddi əməl edir:

“Əminliklə deyirəm ki, “azadliq.org” saytında yayılması qadağan edilən informasiya yerləşdirilməyib”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sayta girişin məhdudlaşdırılması barədə qərarının və bu qurumun iddiası əsasında çıxarılmış məhkəmə qərarlarının əsassız olduğunu söyləyən vəkil kassasiya şikayətinin təmin olunmasını xahiş edib.

“Azadlıq” qəzetinin saytı olan “azadliq.info”nun nümayəndəsi Təzəxan Mirələmli isə vəkillə təmsil olunmadığına görə ona çıxış etmək imkanı yaradılmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov və bu qurumun vəkili Şahmar Məmmədov media orqanlarının kassasiya şikayətlərinin təmin olunmamasını xahiş edib.

Hakim Mehparə Əhmədovanın sədrlik etdiyi kollegiya da kassasiya şikayətlərinin əsassız olduğunu və Bakı Apelyasiya Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il martın 27-də yuxarıda adları sadalanan internet resurslarına girişin öldə ərazisində məhdudlaşdırılması barədə qərar çıxarıb. Daha sonra eyni məzmunlu iddia ilə məhkəməyə müraciət edib.

Səbail Rayon Məhkəməsi də 12 may 2017-ci il tarixli qətnamə ilə nazirliyin iddiasını təmin edib. Bakı Apelyasiya Məhkəməsi 19 dekabr 2017-ci il tarixli qərarla həmin qətnaməni qüvvədə saxlayıb.
Nazirlik iddia edir ki, Baş prokuror Zakir Qaralovun müraciəti əsasında saytlar bloklanıb. Qaralovun müraciətinə həmin saytlarda yerləşdirilmiş məqalələr də əlavə olunub. Baş prokuror iddia edir ki, həmin materiallarda yayılması qanunla qadağan edilmiş informasiyalar yer alıb. Materialların əksəriyyəti isə ölkədəki sosial-iqtisadi durumun ağırlığından bəhs edən, hökumətin siyasətinin və prezident İlham Əliyevin tənqid olunduğu məqalələrdir. Onların arasında elə materiallar var ki, martın 27-dən sonra yayımlanıb.

Source:

Adil İsmayılov: ”Məhkəmə baxışı aylarla uzandı”

Adil İsmayılov

Ana səhifəXəbərlərAli Məhkəmə girişi əngəllənmiş saytların şikayətini təmin etməyib