Allahverdiyevlərin evi

Source: meydan tv

Caption: Allahverdiyevlərin evi

Ağsu sakini: Bu ev başımıza uçsa, kim cavabdeh olacaq?

Zəlzələdən zərər çəkən ailə rayon rəhbərliyinin etinasızlığından narazıdır

“Prezidentin sərəncamına əhəmiyyət verən yoxdur. Ev başımıza uçur, divarlar çatlayıb, yağış yağanda evin içini su yuyub aparır. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, nəticəsiz qalıb”.

Bunu Meydan TV-yə Ağsu rayon sakini Rəhimə Allahverdiyeva söyləyir. Onun bildirdiyinə görə, yaşadıqları ikimərtəbəli tikili 1950-ci ildə qayınatası tərəfindən inşa olunub. Son bir neçə ildə isə ev qəzalı vəziyyətə düşüb:

“Bu ilin fervralındakı zəlzələdən sonra ev daha da acınacaqlı hala düşdü. Yoldaşım düz üç ildir ki, Ağsu Rayon İcra Hakimiyyətinə gedib-gəlir, amma heç bir xeyri yoxdur. Şəxsən icra başçısının özüylə görüşüb, dərdini deyib. Başçı da bildirib ki, ev məsələlərinə biz baxmırıq. Bir şeyi anlaya bilmirəm, icra başçısı ona görədir ki, cavabdeh olduğu yerin əhalisinin dərdinə çarə tapsın, qeydinə qalsın. Bizimki isə nə deyirsən, yaxasını kənara çəkir. Həyat yoldaşım illərdir heç bir yerdə işləmir. Ənvər Seyidəliyev on iki ildir ki, Ağsuda rəhbər işləyir. Yoldaşım da 3 ildir, ora ayaq döyür. Yoldaşıma bir iş vermir. Evimizin də tikilməyinə köməklik etmir. Yoldaşım dörd il Qarabağ döyüşlərində xidmət edib”.

zədəli ev

zədəli ev

Source: meydan.tv

Şikayətçinin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin komissiya üzvləri evə baxış keçirsələr də, müsbət rəy verməyiblər:

“Özünüz də görürsünüz ki, bu evin təmirə ehtiyacı yoxdur. Bu gün-sabah başımıza uçacaq. Komissiya üzvləri də deyir ki, biz uzaqbaşı təmirə pul ayıra bilərik. Təmir üçün də iki min manat verirlər. Nə olsun ki, ev ikimərtəbəlidir? Vallah, bizə bu böyüklükdə ev lazım deyil. Söküb, yerində iki, ya da üçotaqlı normal ev tiksinlər. Burada bilirsiniz, kimlərin evlərini söküb, yenidən tikirlər? İllər əvvəl köçüb, Bakıda yaşayanların. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məktub yazmışıq, gözləyirik. Ümid edirəm ki, bundan sonra bəlkə şikayətimizə ədalətlə baxarlar. Bu ev başımıza uçsa, kim cavabdeh olacaq? Heç kim. Ona görə də indidən əncam çəksinlər”.

ev

ev

Source: meydan.tv

Ağsu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, evlərin tikintisi, təmir-bərpası ilə bağlı müraciətlərə baxış növbəlilik əsasında həyata keçirilir:

“Təkrar müraciətlərə də həmçinin bu prinsiplə baxılır. Vətəndaşın müraciətindən bir, bəzən ayyarımdan sonra cavab gəlir. Rayon Fövqəladə Hallar Komissiyası müraciətləri fərdi qaydada araşdırır, dəymiş ziyan müəyyənləşdirilir. Zəlzələdən sonra müraciət məktubları çoxdur. Buna müəyyən vaxt lazımdır”.

Prezident İlham Əliyev bu il fevralın 5-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/0y48nx

Most Viewed