AFFA

Source: meydan tv

Caption: AFFA

AFFA təcili toplantı keçirdi, qurum rəhbərliyinin istefası tələb olunur

Article was updated on :  12 June 2019

Baş məşqçinin yaxın günlərdə ətraflı hesabat verəcəyi gözlənilir

Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

AFFA-nın rəsmi saytında verilən məlumata görə, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

İyunun 11-də baş tutan oyunda Azərbaycan millisinin uduzduğunu görən azarkeşlər “istefa” şüarları səsləndiriblər və nəticədə 26 nəfərin saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparıldığı bildirilir.

AFFA rəhbərliyinə qarşı “istefa” tələbilə sosial şəbbəkələrdə də kampaniya başladılıb. Aksiyaçılar deyirlər ki, bu addımı atmalarına səbəb Azərbaycan Milli Futbol Komandasının son illərdə göstərdiyi uğursuz gedişatdır. “İstefa” çağırışına əsas kimi göstərilir:

  1. Azərbaycan aşağı yaş qrupu milli futbol komandalarının son illərdə göstərdiyi uğursuz gedişat;
  2. Azərbaycan daxilində olan liqaların: Topaz Premyer liqası, Birinci Dəstə futbol liqası, Regional liqa kimi milli futbol dəyərlərimizin çox zəif, baxımsız və rəqabətsiz olması;
  3. Digər region və şəhərlərdə futbol komandalarının kasadlığı, gənc və yeniyetmə yaş qruplarının olmaması; digər region və şəhərlərdə stadionların baxımsız, büdcəsiz və özbaşına olması;
  4. Son illərdə heç bir region və bölgələr yeni stadion və futbol meydanlarının inşa edilməməsi;
  5. AFFA ilə bağlanan sponsorluqların futbolumuzda çox zəif iz buraxması.
While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  12 June 2019
Featured in:  
Shortlink:   http://mtv.re/ck8kxx

Most Viewed