ADO

Source: Foto: Meydan tv

Caption: ADO

ADO-nun icra hakimiyyəti ilə məhkəməsi başlayır

Teatr Mədəniyyət Nazirliyini də məhkəməyə verib

Noyabrın 20-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası olacaq.

Proses saat 11:30-da, hakim Tahirə Əsədovanın sədrliyi ilə açıq keçiriləcək.

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır.

Nazirlik bu məsələyə icra hakimiyyətinin, qarşı tərəf isə nazirliyin baxdığını bildirir.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyini də məhkəməyə verib. Hazırda ADO-nun hər iki quruma qarşı qaldırdığı məhkəmə prosesləri 1 Saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində keçirilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9x6aom

Most Viewed