ABŞ və Avropa dövlətləri Rusiya diplomatlarını çıxarır

Ukrayna prezidenti Petr Poroşenko 13 rusiyalı diplomatın çıxarılacağını və Moskva ilə münasibətlərin dondurulacağını bildirib

ABŞ və bir sıra Avropa ölkələri Rusiya diplomatlarını geri göndərir. Bu addım rusiyalı kəşfiyyatçı Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqləndirilir. İlk addım kimi Rusiyanın BMT-də çalışan 60 diplomatının geri göndərilməsi nəzərdə tutulub.

Rəsmi Vaşinqtonun ehtimalına görə, çıxarılan diplomatlar kəşfiyyatla bağlıdırlar. Onlara ölkəni tərk etmək üçün bir həftə vaxt verilib. Ağ Ev Rusiyanın Sietledəki konsulluğunu bağlamaq qərarını qəbul edib.

Bu məlumatı “Exo Moskvı” radiosu yayıb.

Oxşar addımı Almaniya, Fransa, İsveç, Çexiya, İtaliya, Danimarka, Kanada, Rumıniya, Horvatiya, Finlandiya, Niderland, Polşa, Estoniya, Latviya, Litva və Ukraynanın da atacağı gözlənilir. 

Ukrayna prezidenti Petr Poroşenko 13 rusiyalı diplomatın çıxarılacağını və Moskva ilə münasibətlərin dondurulacağını bildirib.

Rəsmi Berlin bu qərarını Rusiyanın Sergey Skripalın zəhərlənməsi insdentinə əsaslı aydınlıq gətirməməsi ilə izah edib.

Kreml isə əvvəlcədən eyni addımlar atacağını bildirmişdi.

Martın 4-də Böyük Britaniyada yaşayan rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yulia Skripal Salisberi şəhərində zəhərləniblər. Hazırda onların vəziyyətləri ağır olaraq qalır.

Bundan sonra Böyük Britaniya 23 rus diplomatını ölkədən çıxartdı. Analoji addımı Rusiya da atıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/z5uvh0

Most Viewed