Şimali Koreya lideri Kim Jong Un və ABŞ prezidenti Donald Tramp

Source: Meydan.TV

Caption: Şimali Koreya lideri Kim Jong Un və ABŞ prezidenti Donald Tramp

“ABŞ-ın Şimali Koreya gəmisini ələ keçirməsi Tramp-Kim danışıqlarını təhlükəyə atır”

Şimali Koreya rəsmisi çərşənbə axşamı deyib ki, Amerika Birləşmiş Ştatlarının onların yük gəmilərindən birini ələ keçirməsi iki ölkənin liderləri arasında keçirilmiş zirvə görüşlərinin ruhunu pozan qanunsuz hərəkətdir və tələb edib ki, gəmi gecikmədən geri qaytarılsın, - “Reuters” xəbər verir.

"ABŞ yük gəmisinə əl qoymaqla qanunsuz və çirkin hərəkət edib," - Şimali Koreyanın adı qeyd edilməyən rəsmisi bəyanatda bildirib.

Bu barədə Şimali Koreyanın rəsmi KCNA xəbər agentliyi məlumat verib.

"Son addım Şimali Koreyanı diz çökdürmək üçün ABŞ-ın "maksimum təzyiq" siyasi metodunun uzantısıdır və bu, iyunun 12-ə aid Şimali Koreya-ABŞ birgə bəyanatının təməl ruhunun açıq-aşkar inkar edilməsidir," - Şimali Koreya rəsmisi bildirib.

“Birləşmiş Ştatların Şimali Koreyaya güc tətbiq edə biləcəyinə inanması ən böyük səhv olardı,”- bəyanatda deyilir və əlavə edilir ki, Şimali Koreya ABŞ-ın gələcək davranışlarına kəskin diqqət yetirəcək.

ABŞ Ədliyyə Departamenti ötən həftə Şimali Koreyanın "Ağıllı Dürüst" adlı yük gəmisinin ələ keçirildiyini demişdi. Gəmi sanksiyaları pozaraq qanunsuz kömür daşımalarında günahlandırılır və ilk olaraq 2018-ci ildə İndoneziya tərəfindən tutulub.

Şimali Koreya lideri Kim Jong Un və ABŞ prezidenti Donald Tramp keçən il, iyunun 12-də Sinqapurda öncədən nəzərdə tutulmamış bir zirvə görüşü keçirdilər və Koreya yarımadasında yeni əlaqələr qurmağı vəd verdilər. Bu ilin fevralında Vyetnamda uğursuzluqla nəticələnən ikinci zirvə toplantısı keçirildi.

Razılaşma ilə sonlanmayan Vyetnam zirvəsindən sonra iki dövlət arasında yenidən gərginlik artmağa başlayıb. Şimali Koreya Amerikanın iki qısa mənzilli raketini cümə axşamı günü vurduqdan sonra ABŞ Koreya gəmisinin ələ keçirildiyini elan etdi.

Şimali Koreya lideri ABŞ-ın Şimali Koreya yük gəmisini ələ keçirdikdən sonra "tam döyüş mövqeyinə" çağırış edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/qzqbvz

Most Viewed