Source: Google

ABŞ-da 6 həftəlik körpə koronavirusdan ölüb

Article was updated on :  2 April 2020

“Bu, hətta ən həssas olanlarımıza da mərhəmət göstərməyən bir virusdur”

ABŞ-ın Konnektikut ştatının baçısı Ned Lamont altı həftəlik körpənin koronavirusdan öldüyünü deyib, - “BBC Türkçə” xəbər verir.

“Bu, hətta ən həssas olanlarımıza da mərhəmət göstərməyən bir virusdur”, - Lamont “Twitter” mesajında yazıb.

“Bu, həmçinin evdə qalmağın və digər insanlardan uzaq durmağın vacibliyini xatırladır. Həyatınız və digər insanların həyatı bundan asılı ola bilər”, - Lamont deyib.

Rəsmilərin bildirdiyinə görə, Hartford bölgəsində yaşayan körpə ötən həftə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib, lakin xilas ola bilməyib.

Bunun ştatda ilk körpə ölümü olduğu qeyd edilir. Adı açıqlanmayan körpənin dünyada koronavirusdan ölən ən gənc insan ola biləcəyi təxmin edilir.

Hartford Bələdiyyə başçısı Luke Bronin körpənin ölümündən çox kədərləndiyini deyib.

Konnektikutda baş verən koronavirus hadisəsi hallarının sayı 3500-ü keçib, ölənlərin sayı 85-ə yüksəlib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  2 April 2020
Featured in:  
Shortlink:   http://mtv.re/cwpyrn

Most Viewed