ABŞ Azərbaycana maliyyə yardımını azaldır

Səfir: “Məbləğin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir”

Source:


Səfir: “Məbləğin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir”

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ hökumətinin dərc etdiyi Birləşmiş Ştatların xarici siyasət qurumunun 2018-2019-cu illər üzrə büdcə layihəsində

göstərilib

.

Layihədə 2018 və 2019-cu illərdə Azərbaycanda hərbi təlimlərə və treninqlərə ayrılacaq vəsaitin həcminin 600 min dollar təşkil edəcəyi qeyd olunub.

2017-ci ildə isə ABŞ-dan analoji xərclər üçün alınan yardımın miqdarı 639 min dollar təşkil edib.

Bununla yanaşı, 2018 və 2019-cu illər üzrə Azərbaycanın hərbi maliyyələşdirilməsi nəzərdə tutulmayıb. 2017-ci ildə bu məqsədlə respublikaya 1 milyon dollar ayrılıb.

Eyni zamanda, ABŞ Dövlət Departamenti xətti ilə həyata keçirilən iqtisadi yardım proqramları üçün ABŞ 2019-cu ildə Azərbaycana 3 milyon dollar ayırmağı planlaşdırır. 2017 və 2018-ci illərdə bu istiqamətdə vəsait ayrılmayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltması ilə bağlı məsləyə münasibət bildirərək qeyd edib ki, yardımın dəqiq məbləği hələlik müəyyən e

dilməyib:

“ABŞ qanunvericiliyinə görə, xarici yardımları hakimiyyətin iki qolu – icraedici və qanunverici hakimiyyət müəyyən edir. Yekun məbləğin təsdiq olunmasında hakimiyyətin hər iki qolu iştirak edir. Yardımın məbləği hələlik müəyyən olunmayıb. Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir”.

Ana səhifəXəbərlərABŞ Azərbaycana maliyyə yardımını azaldır