''4 ildir icra başçısının qəbuluna düşə bilmirəm''

Əlizaman Xanəliyev

Əlizaman Xanəliyev

Himayəsində 2 azyaşlı olan müəllim iş axtarır

"Təhsilim olduğu halda, məni işlə təmin etmirlər. Dörd ildir ki, Ağsu rayon icra başçısı Ənvər Seyidəliyevin qəbuluna düşə bilmirəm. Hər dəfə qəbuluna gedəndə, müxtəlif bəhanələr gətirib, ağzımdan vurub, geri yola salırlar".

Bu sözləri Meydan TV-yə Ağsu şəhəri, Nizami küçəsi 17 ünvanında yaşayan Əlizaman Xanəliyev söyləyir. Dediyinə görə, Bakı Maşınqayırma Texnikumunu bitirdikdən sonra uzun illər peşə məktəbində müəllim işləyib:

"Nə qədər şagirdlərim olub. İndi yenidən işləmək istəyirəm, icra hakimiyyətindən deyirlər ki, iş açılacaq, gedib daş daşıyarsan. Deyirəm ki, məktəb qurtarmışam, daş daşımamışam, müəllim işləmişəm. Çox pis zamanda yaşayırıq, dolanışığımız ağırdır. Bu gün mən neyləməliyəm ki, acından ölməliyəm? İkinci qrup əlil, gedib, daş daşıyacaq? Aldığım 162 manat təqaüdlə dolanmaq olmur".

Əlizaman Xanəliyevin himayəsində 13 və 11 yaşlı baldızı uşaqları var. Söyləyir ki, uşaqların qayğıları, problemləri olmasa, həyat yoldaşı ilə ikisi birtəhər dolanarlar:

"Baldızım Elnurə Eyyubova boşanandan sonra, keçmiş əri Kavus Hüseynov aliment ödəməkdən imtina edirdi. Günlərin birində də körpələrin gözü önündə gəlini bıçaqlayaraq öldürdü. Bu adam həm araq içirdi, həm də nəşə çəkirdi. Gedib, qayınatasıgilə, deyib ki, uşaqlarımı görməyə gəlmişəm. Əvvəlcə, qayınatası uşaqları görməyə razılıq verməyib. Amma sonradan yola gəlib. Gəlin də keçib mətbəxə, bunun üçün yemək hazırlasın. Yeməyi hazırladığı yerdəcə, əri bıçağı götürüb qıza 15-16 bıçaq vurmuşdu. Heç bir səbəb olmadan qızı öldürdü. Ona 13 il cəza kəsdilər. Hadisə 4 il bundan əvvəl olub. Uşaqlar da qaldı yetim. Nənə də yaşlı adam idi, baxa bilmirdi. Elə həmin il uşaqların qəyyumluğu rəsmi olaraq bizə verildi".

Uşağın birində pullu dəmrov (psoriaz-red) xəstəliyi var, ikinci qrup əlildir. Ə.Xanəliyev deyir ki, dərmanlar bahadır, əvvəllər dövlər bunun üçün 61 manat müavinət versə də, sonradan dayandırılıb:

“Bu gün dövlətdən 1 manat yardım yoxdur. Şikayətə də baxılmır. Kimə deyirsən, əhəmiyyət vermir. Gedirsən, kor-peşman geri qayıdırsan. Sosial Müdafiə Fondunun Ağsu Şöbəsinə getmişik, deyiblər ki, bu uşağa yardım düşmür", - Əlizaman Xanəliyev belə deyir.

Sosial Müdafiə Fondunun Ağsu Şöbəsinin əməkdaşı Xalid Həsənov isə Meydan TV-yə bildirib ki, həmin uşağın müavinət almaq hüququ var və bunun üçün şöbəyə müraciət olunmalıdır:

"Bizə müraciət etsinlər, problemə baxılacaq. Uşağa müavinət, ya da pensiya təyin olunacaq".

Ağsu Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Cahangir Məhərrəmov Meydan TV əməkdaşı ilə söhbətində Ənvər Seyidəliyev Azər oğlunun yazılı müraciət etmədiyini deyib:

"Bu adam bizə müraciət etməyib. Etsəydi, bilərdik. Öncə onu deyim ki, icra hakimiyyəti işə götürən qurum deyil, bunun üçün respublikada məşğulluq mərkəzləri var. Mütləq Ağsu Rayon Məşğulluq Xidmətində qeydiyyata durmaq lazımdır. İstənilən halda, bizə işlə bağlı müraciət edildikdə, istiqamət veririk, köməklik göstəririk. Amma həmin adam bizə işlə bağlı müraciət etməyib".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ie20bt

Most Viewed