Milli Məclis

Source: arxiv

Caption: Milli Məclis

2020-ci ilin büdcəsi dəyişir

Article was updated on :  31 July 2020

Prezident dövlət büdcəsinə yenidən baxılmasını istəyir

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilir. Milli Məclisə daxil olan dəyişiklik layihəsinə gələn həftə müzakirəyə çıxarılacaq.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə Prezidentinin 2020-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, “2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanaraq müvafiq büdcə zərfi ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, büdcə sisteminə uyğun olaraq, icmal büdcəyə daxil olan Naxçıvan MR-nın, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVID-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.

Prezident İlham Əliyev də ötən gün Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı çıxışında da cari ilin büdcəsinin dəyişiləcəyini bildirib:

"Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil - 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır".

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,500 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 336 950,0 min manat, yerli gəlirləri 797 550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 044 596,0 min manat, yerli xərcləri 850 104,0 min manat) məbləğində təsdiq edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  31 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/2itlig

Most Viewed