Source: Meydan TV

19 oktyabr mitinqində polisin hədəfinə çevrilən jurnalistlər

19 oktyabr mitinqində polisin hədəfinə çevrilən jurnalistlər

19 oktyabrda şəhərin mərkəzində keçirilən mitinqdə jurnalistlər də polisin hədəfindən yayınmayıb.

Mətbuat nümayəndələri çəkiliş edərkən polis zorakılığı ilə qarşılaşıb.

ATƏT-in Media Ofisinin rəhbəri Harlem Dezirin bəyanatında medianın, jurnalistlərin ictimaiyyətə açıq olan bütün olayları izləmək, oradan bilgi toplamaq hüququ olduğunu xatırladıb.

“Bakıda ictimaiyyətə açıq aksiyalarda jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllərin yaradılmasını qınayıram. Rəsmiləri bu olayları dərhal araşdırmağa, gərəkli addımlar atmağa çağırıram”.

Mitinqdən az əvvəl AXCP sədri Əli Kərimlini evinin önündə gözləyən jurnalist Təzəxan Mirələmli saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirildiyini deyir.

Oktyabrın 19-da Mətbuat Şurası hüquq-mühafizə orqanlarını üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaradılması üçün tədbirlər görməyə, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə çağırmışdı. Həmçinin jurnalistlərin peşə fəaliyyətini həyata keçirmələrinin monitorinqini aparacaqlarını açıqlamışdı. Buna baxmayaraq, 3 müstəqil jurnalist 4 saata yaxın Nəsimi Rayon Polis İdarəsində saxlanılır. Təzəxan Mirələmli saxlanılan zaman Mətbuat Şurasıyla əlaqə saxladığını deyir.

Mətbuat Şurası mitinqdən sonra yaydığı açıqlamada mitinqdə jurnalistlərin informasiya əldə etmələrinə şərait yaradıldığını deyib. Qurum ATƏT-in jurnalistlərə qarşı zorakılıqla bağlı bəyanatının da birmənalı şəkildə qərəzli hesab edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bdbt7f

Most Viewed