Əli Əsədov

Source: arxiv

Caption: Əli Əsədov

13 şəhər və rayonda 190 manat ödəniləcək

Baş nazir qərar verdi

Avqustun 7-də Baş nazir Əli Əsədov 13 şəhər və rayonda 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar imzalayıb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi müşavirədə 119 manat ödəmənin verilməsi haqqında göstəriş verdiyini demişdi:

“Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır”.

Ancaq vətəndaşlar iyul ayı üçün ödəmə almayıblar. İqtisadçı Qubad İbadoğlu bu barədə deyib:

“Prezidentin müşavirəsində iştirak edənlərin heç biri iyulda da 190 manatlıq birdəfəlik yardımın ödənilməsini zəruriliyini qeyd etmədi. Necə ola bilər ki, aprel, may, iyun aylarından sonra avqust ödənilsin? Axı arada iyul qalır. Üstəlik, iyulda karantin rejimi daha sərt olub”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/3oaq3c

Most Viewed