Mövzü: Xalqın Xəbəri

27.08.2016, 18:59

''Mühafizə xidmətinin işçiləri vətəndaşları döyüblər'' (VİDEO)

Bura Sabunçu rayonudur. Əllərində bel ilə sakinləri vuran şəxslər "Tornado-Ş" mühafizə xidmətinin əməkdaşlarıdır. Bunu valideynləri xəsarət alan Seymur Şahəliyev deyir. Onun sözlərinə görə, hər şey mühafizə xidmətinin əməkdaşlarının ondan evinin önündə saxladığı doberman cinsi itləri pulsuz istəməsi ilə başlayıb.