Əməkdaşlar

Emin Milli

Emin Milli azərbaycanlı dissident yazıçıdır. Milli 2009-cu ildə hakimiyyətə qarşı tənqidi fikirlərinə görə həbs edilərək, 2,5 il azadlıqdan məhrum edilib. O, 2010-cu ilin noyabr ayında cəzasının 16 ayını həbsxanada keçirdikdən sonra, beynəlxalq təşkilatların Azərbaycan hökuməti üzərində təzyiqləri nəticəsində şərti azadlığa buraxılıb. 2002/2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru və Avropa Şurasının Azərbaycanda 40-dan çox siyasi məhbusun işi üzrə hüquqşünası və məsləhətçi olub. Həmin siyasi məhbuslardan çoxu AŞ-in təzyiqləri nəticəsində azad olunub. Emin Milli London Universitetinin Şərq və Afrikaşunaslıq məktəbini (SOAS) “Yeni media və Ərəb inqilabları” mövzusunda dissertasiya yazaraq məzun olub.

Həbib Müntəzir

Həbib Müntəzir Azərbaycanın ən tanınmış onlayn aktiv gənclərindən biridir. 2005-ci ildə onlayn satirik blog «Tinsöhbeti» ilə karyerasına başlayan Həbib siyasi təzyiqlərə görə Azərbaycanı tərk edərək Berlində yaşamağa başlayıb. Blog az sonra Azərbaycan hökuməti tərəfindən qadağan olunub və «Tinsöhbeti»nə Azərbaycandan xaricdə maneəsiz və Azərbaycan daxilində isə yalnız proksi server istifadə edərək daxil olmaq mümkün idi. Amnesty İnternational və digər beynəlxalq təşkilatlar qadağanın aradan qaldırılması üçün kampaniya aparsa da, uğurlu olmayıb. Daha sonra Müntəzir aktiv fəaliyyətini əsasən Facebook və Yotuube-da davam etdirməyi qərar alıb və Azərbaycanda ilk onlayn TV kanal olan “Fərq TV”nin əsasını qoyub. İndiyə kimi onun Youtube kanalına baxış sayı 27 milyona çatır, 55 mindən çox Youtube izləyicisi və 19 min Facebook izləyicisi var. Həbib Müntəzir bu qədər izləyicini yalnız Azərbaycan dilində xəbər yaymaqla qazanıb.

Elmir Mirzəyev

Elmir Mirzəyev Azərbaycanın ən nüfuzlu müasir musiqi bəstəkarı və ziyalılarından biridir. 2007-2011-ci illərdə Azərbaycanda ən məşhur və tənqidi mədəni-siyasi onlayn jurnallardan biri olan www.kultura.az‘ın baş redaktoru olub. O, www.azadliq.org (Radio Azadlıq Azərbaycan), www.minval.az (aparıcı müxalifət portalı), www.kulis.az (mədəni onlayn jurnal) kimi Azərbaycanın aparıcı media orqanlarında publisist kimi çıxış edib. 2012-2013-cü illərdə tanınmış onlayn müxalifət portallı www.minval.az‘da mədəniyyət şöbəsinin müdiri olub. Mirzəyev həmçinin Alternativ Başlanğıc www.southcaucasus.com, - erməni və azərbaycanlı ziyalılar arasında dialoq qurulması ilə bağlı mədəni-siyasi media layihəsində işləmişdir. Hal-hazırda İsveçrədə yaşayır.