''Vətəndaş cəmiyyəti və media ilə dialoq olmasa Azərbaycan irəliyə getməyəcək''

İyulun 17-də “Ədalət naminə həmrəylik” komitəsi və bir qrup vətəndaş cəmiyyətinin üzvləri son günlər ölkədə baş verən hadisələrlə bağlı toplantı keçirib. Onlar iyulun 3-də ölkədə işıqların sönməsinə, Gəncə şəhər İcra Hakiminin güllələnməsinə və başqa mövzulara toxunublar.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bölgələrdə narkotik istifadəçilərinin sayının artdığını bildirib. O, bunun səbəbini vətəndaş cəmiyyətinin işləməsinə icazə verilmədiyi üçün baş verdiyini deyib.
Hüquq müdafiəçisi Səidə Qocamanlı icra başçılarının vətəndaşların problemləri lə maraqlanmadığı deyir

Toplantıda polislərin vətəndaşlara verdiyi işgəncələrdən də danışılıb.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən yanğın bütün ölkəni 1 gün işıqsız qoydu. İyulun 3-də isə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olub. İyulun 10-da isə Gəncədə aksiya təşkil olunub və 2 polis zabiti qətlə yetirilib.