Heydər Əliyevin hakimiyyətə gəldiyi günə etiraz olaraq yürüş keçirilib

Beynəlxalq təşkilatların siyasi və vicdan məhbusu kimi tanıdıqları şəxslərin yaxınları 15 iyunda yürüş keçiriblər. Onlar Sabir bağında toplanaraq Tarqovı deyilən əraziyə qədər gediblər.

Siyasi məhbus yaxınları  Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi günün "Qurtuluş günü " kimi qeyd olunmasına etiraz ediblər. Polislər məhbus yaxınlarını

Səbail rayonu  9-cu polis bölməsinə aparıblar və daha sonra sərbəst buraxıblar. Saxlanma zamanı bir neçə məhbus yaxını xəsarət alıb. Onlar polisin təhqiri ilə də üzləşiblər.