Ofşor zonalara gizli pul yatıran məşhurlar haqqında yeni sənədlər üzə çıxıb

Britaniya kraliçası, Trampın katibinin də adı çəkilən sənədlərin sayı 13,4 milyondur 

Dünyada qüdrətlilərin və ultra-zənginlərin ofşor vergi cənnətlərinə böyük miqdarda pulu gizli şəkildə necə yatırdıqlarını əks etdirən maliyyə sənədlərinin yeni nəhəng sızması baş verib. 

Sənədlər Almaniyanın "Süddeutsche Zeitung" qəzeti tərəfindən əldə edilib, bu nəşr istintaqa nəzarət etmək üçün Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna (ICIJ) müraciət edib.

BBC xəbər verir ki, Cənnət Sənədləri (Paradise Papers) adı verilmiş və əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.  

Həmin məlumatlar sənədlərdə adı çəkilən yüzə yaxın fərd və şirkətin vergi və maliyyə işlərinə işıq salır, Britaniya kraliçasının əmlakı da daxil olmaqla, aşkar edirki, Donald Trampın kommersiya katibinin ABŞ-ın sanksiyalarına məruz qalan rusiyalılarla iş görən şirkətdə paya malik olduğu göstərilir. 

Bazar günü yayılan reportajlar həftə ərzində açıqlanacaq məlumatların yalnız kiçik bir hissəsidir. Onlardan bəzilərinin isə Britaniya ilə sıx əlaqəsi var. 

Məlumatların çoxunda diqqət siyasətçilər, transmilli şirkətlər, məşhurlar və zəngin fərdlərin mürəkkəb struktur, fond və saxta şirkətlərdən necə istifadə edərək, pullarını vergi rəsmilərindən qoruduqları və ya fəaliyyətlərini məxfilik pərdəsi altında gizlətdiklərinə yönəldilib. 

Əməliyyatların əksəriyyətində qanun pozuntusu yoxdur. 

Bazar günü açıqlanan digər mühüm məlumatlar:

Kanada Baş nazirinin əsas köməkçisi, ölkəyə milyonlarla dollarlıq vergi yayınmasına başa gələn ofşor sxemləri ilə əlaqəli olub, bu isə, vergi cənnətlərinin bağlanmasına çağıran Justin Trudeau-nu xəcalətli duruma sala bilər

Mühafizəkarlar partiyasının keçmiş sədr müavini və əhəmiyyətli donor olan Lord Ashcroft, mümkündür ki, ofshor investisiyalarının idarəsi qaydasına məhəl qoymayıb. Digər sənədlər güman etməyə əsas verir ki, Britaniyada daimi vergi rezidentliyi əldə etməsi xəbərlərinə baxmayaraq, Lordlar Palatasında olduğu dövrdə o, qeyri-rezident statusunu saxlayıb

Everton futbol klubunda səhmlərin nəzarət paketinin maliyyələşdirilməsinə dair suallar yarandı.  

Paradise Papers sənədlərinə görə, Britaniya kraliçasının 10 milyon funt (13 milyon dollar) şəxsi pulu ofşora yatırılıb. 

Həmin vəsait Kayman Adaları və Bermudadakı fondlara, kraliçanı gəlirlə təmin edən və 500 milyon funtluq əmlakını idarə edən Lancaster hersoqluğu tərəfindən yatırılıb. 

Həmin investisiyalarda qanunsuz nəsə bir şey yoxdur və kraliçanın vergi ödəmədiyinə dair heç bir işarə yoxdur, lakin monarxın ofşora yatırım etməsi məsələsinin özü suallar doğura bilər. 

1990-cı illərdə Donald Trampı müflisləşməkdən xilas edən və Tramp administrasiyasında ticarət katibi vəzifəsi ilə mükafatlandırılan Vilbur Ross sənədlərə əsasən, gəmiçilik şirkətində paya malik olub. Həmin şirkət səhmdarları arasında Vladimir Putinin kürəkəni və ABŞ sanksiyalarına məruz qalan iki şəxsin də olduğu bir Rusiya enerji firması üçün neft və qaz daşımalarından hər il milyonlarla dollar qazanıb. 

Bu, yenidən Donald Tramp komandasının Rusiya əlaqələri ilə bağlı suallar yaradır. 

Məlumatların əksəriyyəti ofşor sənayəsinin zivəsində yerləşən Appleby adlı, Bermudada mənzillənən və hüquqi xidməti göstərən şirkətdən gəlir. Həmin şirkət müştərilərə xarici yurisdiksiyalarda aşağı və ya sıfır vergi dərəcələri ilə təsislənməyə kömək edir.

Bu şirkətdən olan sənədlər və eləcə də, əsasən, Karib yurisdiksiyalarında olan korporativ reyestrlərdən olan digərləri Süddeutsche Zeitung tərəfindən əldə olunub. Sənədlərin mənbəyi açıqlanmayıb.

Ofşor maliyyəsi öz ölkəsinin qanunvericiliyi xaricində yerləşən bir yerdir. Bu yerə aşağı vergi dərəcəsindən faydalanmaq üçün, şirkətlər və ya fərdlər pul, aktiv və ya gəlir yönəldə bilir.

Bu yurisdiksiyaları sıravi vətəndaşlar vergi cənnəti adı ilə və ya bu sahə üçün daha təmtəraqlı deyilsə, bu industriyanın ofşor maliyyə mərkəzləri (OFC) kimi tanıyır. 

Yeni sənədlərin sızdırılması ilə bağlı Meydan TV-ə şərh verən araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib ki, bir müddət əvvəl dünya mediasının gündəmini zəbt edən Panama sənədləri ilə indiki Cənnət sənədləri, əslində eyni şeydir. 

“Ancaq cənnət sənədlərində işləməli material daha çoxdur. Məsələ ondadır ki, Panama sənədləri də sona qədər işlənmədi”, X.İsmayıl deyib. 

Xədicə İsmayıl
Xədicə İsmayıl.

Onun sözlərinə görə, Panama sənədlərində hələ üzə çıxmamış xeyli adlar var.

Panama sənədlərindən sonra Cənnət sənədlərinin üzə çıxmasının dünya siyasi-iqtisadi gündəminə hansı təsirlər edəcəyi haqda danışan X.İsmayıl güman edib ki, bu sənədlərin dərcindən sonra Avropa ölkələri və şəffaflığı əsas istiqamət elan etmiş ölkələr bütün ofşor zonalarda məlumatların açılması üçün səylərini artıracaqlar. 

“Çünki artıq bu bir daha sübut edir ki, ofşor zonalarda gizlədilən məlumatlar hətta Qərbin aparıcı ölkələrində belə korrupsiya halları ilə nəticələnir”. 

Almaniyanın “Suddeutsche Zeitung” qəzeti 2016-cı ilin aprelində Panama hüquq firmasının Mossack Fonseca-dan 11 milyon sənədini dərc etdi.

“The #panamapapers” adını almış sənədlər Mossack Fonseca-nın öz müştərilərinə çirkli pulları yumaqda, sanksiyalardan yan keçməkdə və vergidən yayınmaqda necə kömək göstərdiyini nümayiş etdirib.

Sənədlərdə 72 hazırkı və keçmiş dövlət başçısı ilə bağlı informasiyalar yer almışdı. 

Eyni zamanda, bütün dünya üzrə 20 ofşor zonada qeydiyyata alınmış 200 mindən çox saxta şirkətlərin, fondların və etibarlı şirkətlərin adı çəkilmişdi.