Elmar Hüseynovun doğum günü məzarlıqda qeyd olundu

İyulun 17-də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Əgər yaşasaydı, 50 yaşını qeyd edəcəkdi. Jurnalistin doğum günündə dostları, siyasi liderlər və həmkarları "Qurd qapısı" qəbiristanlığında yerləşən məzarı başına toplaşıblar.

Elmar Hüseynov 2005-ci ilin martın 2-də Bakıda yaşadığı binanın blokunda öldürülüb. Onun ölümündən 12 il keçsə də, qatilləri tapılmayıb.