NAZ Lifan-ın rəhbərliyi nə qədər gəlir götürür? - cavab veririk #30

Bu dəfəki yazımızda son günlə çox danışılan NAZ Lifan avtomobilləri, onların istehsalı və şirkətə yatırılan sərmayə barədə danıçırıq.

NAZ, yəni Naxçıvan Avtomobil Zavodu Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası dəstəyi ilə 2010-cu ildə istismar verilib. Tikintisinə 2006-cı ildə başlanan zavodda hazırda 9 çeşiddə minik avtomobilinin istehsal olunduğu bildirilir. Zavodda hazırlanan avtomobillərin bütün ehtiyat hissələri isə xarici ölkələrdən - Almaniya, Belçika və İtaliyadan gətirilir və zavodda yığılır. Zavod ildə 5 min avtomobil hazırlamaq gücünə malik olsa da, 2013-2016-cı illər ərzində 3 min 200 avtomobil yığılıb

Zavodda istehsal bu il dayanıb, amma Naxçıvan Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, avtomobil yığılması əvvəlki illərdə də azalmağa başlayıb. 2015-ci ildə muxtar respublikada 725 ədəd minik avtomobili yığılıb ki, bu da əvvəlki ildən 1136 ədəd az olub. Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev isə mətbuata açıqlamasında bildirib ki, alıcı qüvvəsi çox olarsa, iki növbəli sistemlə işləyib maşın istehsalını 10 minə də çatdırmaq olar. 

 
Zavod Çinin “Lifan group” avtomobil korporasiyasının dəstəyi ilə tikildiyindən əsas əməkdaş adı çəkilən şirkətdir. Naxçıvan Avtmobil Zavodunun Almaniya, Belçika və İtaliyadakı hansı şirkətlərdən ehtiyat hissələri alması barədə məlumat verilmir.
 
 
“Lifan group” avtomobil korporasiyası Azərbaycanla yanaşı İran, Türkiyə,Vyetnam, Rusiya, Uruqvayda da oxşar zavodlar yaradıb. 2014-cü ildə Rusiyada zavod açılışı üçün “Lifan group” təxminən 300 milyon dollar pul xərcləyib
 
 
Sərmayə və gəlirlə bağlı məlumat yoxdur. Maraqlısı ondadır ki, Çin şirkətinin özündə də Azərbaycandakı əməkdaşlıqla bağlı heç bir informasiya yoxdur.