Seçkilər olmasa nə baş verər? - Cavab veririk #23

Dünyanın əksər ölkələrində prezident, parlament üzvləri, bələdiyyə sədrləri səsvermə ilə seçilir. Yəni, həmin şəxslərin kimliyini idarə edəcəkləri xalq müəyyənləşdirir. Bu, həm də demokratiyanın, xalqların öz siyasi taleyinə qərar vermək imkanının göstərgəsidir.

Seçkinin bunlardan başqa hansı üstünlüyü var? Seçki niyə lazımdır? Cavab veririk rubrikasında bu suallara cavab tapmağa çalışmışıq.

Sadaladığımız şəxslər səsvermə yolu ilə seçilməsəydi, onların tutduğu vəzifə ibtidai insanların yaşadığı dövrdə olduğu kimi, fiziki güclə müəyyən olunardı. Belə olsaydı, Pol Edvard Andersinin dünyanı idarə etmək səlahiyyəti olardı. Çünki o, eyni vaxtda təxminən 35 nəfəri (2804 kq ağırlığı) qaldıra bilirdi. Ancaq bu, ədalətli seçki olmazdı və qadınların az qala hamısı seçkidən kənarda qalardı. Halbuki Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verib. İsveçrəli qadınlar isə bu hüququ bundan 53 il sonra qazanıb.

Dünyada diktatura hömk sürərdi. Ölkələri idarə edən şəxslər ancaq şəxsi maraqlarını düşünərdilər. Bəzilərində elə indi də belədir.

Məsələn, Haitinin sabiq prezidenti Fransua Düval təklif etmişdi ki, onun hakimiyyəti əbədi olsun. Keçirilən seçkilərin nəticələrində yalnız bir cavab çıxmışdı: “Hə”. Başqa vairantlara səs vermək istəyənlər təqib olunurdu

Afrikanın bəzi ölkələrində nazmizədlər seçki ərəfəsində cadügərlər tapır, insanları qətlə yetirərək qurbanlar verirlər. Belə ki, Liberiyanın prezidenti Çarls Teyler seçkilərə bu şüarla qatılmışdı:
“O öz anasını öldürüb. O öz atasını öldürüb. Mən ona səs verirəm!”. Nəticədə seçicilərin 70 faizi ona səs vermişdi.

Əlbəttə ki, hə! Seçki demokratiyanın bir parçasıdır və demokratiya hələ bizim eramızdan əvvəl 3-cü əsrdə mövcud olub. Azərbaycan ilk dəfə demokratik idarəetmə sisteminə 1918-ci ildə M. Ə. Rəsulzadənin sədri olduğu Milli Şura tərəfindən müstəqilliyi elan olunan Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçib. İkinci müstəqillik isə SSRİ dağılandan sonra, 1991-ci ildə əldə edilib.

Demokratiya ən yaxşı idarəetmə sistemi hesab edilir. Bu sistem olmasaydı, siz ya bu yazını oxuya bilməzdiniz, ya da oxunmağı qadağan edildiyi üçün ümumiyyətlə xəbərsiz olardınız…
Daha hansı mövzular haqqında yazmağımızı istəyirsinizsə bizə yazın. Mütləq dəyərləndiriləcək!