Ukrayna uğrunda həlak olan azərbaycanlı (VİDEO)

 İyulun  27-də Ukraynanın azadlığı uğrunda həlak olan həmyerlimiz Yolçu Əliyevin ölümünün 1 ili tamam oldu.  Anım günüdə Yolçu Əliyevin məzarını, yaxınları ilə birlikdə döyüş yoldaşları, dostları və Ukraynada yaşayan Azərbaycan icmasının nümayəndələri  ziyarət  edib.

Yolçu Əliyev 1964-cü il mayın 11-də  Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. Ukraynada Ruslan kimi tanınan Yolçu Əliyev “Aydar”  könüllülər batalyonunun kəşfiyyat bölüyündə xidmət edib, 2014-cü il iyulun 27-də hərbi əməliyyat zamanı qəhrəmancasına həlak olub.