Prezidentə şikayətə gələnlər nədən gileylənir?

Vətəndaşlar Prezident Administrasiyasına qəbula gəliblər. Şikayətləri işsizlikdən, dələduzluq hallarından və mülkiyyət hüquqlarının pozulmasındandır.

“Deyirlər, belə yerə gəlmək olmaz, şikayət eləmək olmaz. Mənim 65 yaşlı təqaüdçü anam var. Mən ondan 20 manat pul istəyirəm. Bəs bu ayıb deyil, mən anama deyim ki, mənə 20 manat ver dolanım”- Qadir Cəfərov deyir.

Qəbula gələn Ağadadaş Feyzullayev vəkilin dələduzluq yolu ilə ondan pul aldığını iddia edir. Hüquq-mühafizə orqanlarına şikayət etsə də, pulunu geri ala bilmir.

Administrasiyanın rəhbər işçilərinin qəbul günləri prezidentin rəsmi saytında yerləşdirilib. Şikayətçilər deyir ki, çox vaxt rəhbərlərin özü yox, köməkçiləri onları qəbul edir. Bu da onları narazı salır.

x

YAZARIN DİGƏR YAZILARI