Vaqon ev olarsa...

Şölə Kazımova bronxial astma xəstəsi olduğuna görə həkim ona dənizkənarı yerdə yaşamağı məsləhət görüb. O da yaşadığı Biləsuvar rayonunu tərk edib Bakıya, Sahil qəsəbəsində yaşamağa gəlib. 15 il öncə Bakıya köçən Şölə xanım 750 dollar pul verərək vaqon alıb. Altı metr uzunluğu, 3 metr eni olan vaqonu döşəyib, ortadan pərdə asaraq ikiyə bölüb.

Bir tərəfini mətbəx, o biri tərəfini yataq otağı edib. Deyir, normal evlərdə qaz, su olur, amma mənim evimdə təkcə işıq var. O qonşuların hamam, tualetinə gedir. Paltarlarını qonşuların həyətində yuyub, qurudur.

Problemləri bununla bitmir. Yaşadığı vaqonun bir addımlığından gündə üç dəfə yük qatarı keçir. Deyir, hər dəfə qatarın səsin eşidəndə qorxusundan küçəyə çıxır ki, silkələnmədən vaqon aşa bilər.

O, özəl şirkətdə xadiməçi işləyir. 300 manat maaş alır. Bu pulla özünə heç vaxt ev ala bilməyəcəyini bilir. Ona ev verilməsi üçün Qaradağ rayon icra Hakimiyyətinə müraciət edib. Ona bildiriblər ki, məcburi köçkünlər yataqxanalardan köçürüləndən sonra boş qalan evlərdən birini ona verəcəklər. “Amma o da pulsuz deyil”- Şölə Kazımova deyir.

x

YAZARIN DİGƏR YAZILARI