Viktoriya Marinovanın Facebook səhifəsindən götürülmüş foto
Viktoriya Marinovanın Facebook səhifəsindən götürülmüş foto

Jurnalistin ölümü: Avropa Birliyində mətbuat azadlığı təhlükə altındadır

Məqalə Hromadske saytında dərc olunub.

Bolqarıstanda televiziya aparıcısı və araşdırmaçı Viktoriya Marinova vəhşicəsinə öldürülüb. Son bir ildə, bu, AB-də üçüncü jurnalist cinayətidir. Viktoriya son vaxtlarda Avropa fondlarının talan edilməsi mövzusunun müzakirə edildiyi tok-şounun aparıcısı idi. “Hromadske” jurnalistin hansı işlər gördüyündən və qətl haqqında məlum olan məlumatlardan bəhs edir.

Marinova kim idi

Viktoriya Marinova - TVN telekanalının aparıcısı və icraçı direktoru idi. Bu, Rumıniya ilə sərhəddə yerləşən Ruse şəhərinin regional telekanalıdır. Jurnalist kanalın komandasına bu il qışda qoşulub - əsasən sosial mövzularda çalışıb və xeyriyyə ilə məşğul olub. Bundan əlavə, Marinova Ruse universiteti texnoparkının tikintisinə ayrılan pulların yuyulması ilə bağlı məsələni araşdırırdı.

O, bu yaxınlarda “Detektor” verilişini yayımlamağa başlamış, verilişin siması və aparıcısı olmuşdu. Verilişin ilk və yeganə versiyası jurnalistin ölümündən bir həftə əvvəl efirə buraxılmışdı.
O, bu yaxınlarda “Detektor” verilişini yayımlamağa başlamış, verilişin siması və aparıcısı olmuşdu. Verilişin ilk və yeganə versiyası jurnalistin ölümündən bir həftə əvvəl efirə buraxılmışdı.

Veriliş rumıniyalı tədqiqatçı Attila Biro və bolqar həmkarı Dimitar Stoyanovla müsahibəyə həsr edilib. Onlar OCCRP üçün ortaq layihədə işləyiblər (Korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması layihəsi; eyni jurnalistlər xüsusilə “Panama Papers” və “Paradise Papers”ın öyrənilməsində) və Aİ fondlarının qeyri-qanuni istifadəsi ilə əlaqəli fırıldaqçılıq və korrupsiya faktlarının araşdırılmasında iştirak ediblər. Sentyabr ayında jurnalistlər bolqar polisi tərəfindən saxlanılıb.

Kanaldakı həmkarları Marinovanı “məsuliyyətli, iddialı jurnalist, hər zaman özünü bütünlüklə işə verən, iti ədalət mühakiməsi hissi olan insan” kimi təsvir edir. Qadın 30 yaşında idi, əri və balaca qızı var.

Viktoriya bu yaxınlarda “Detektor” verilişini yayımlamağa başlamış, verilişin siması və aparıcısı olmuşdu. Verilişin ilk və yeganə versiyası jurnalistin ölümündən bir həftə əvvəl efirə buraxılmışdı.

Viktoriya Marinovanın Facebook səhifəsindən götürülmüş foto

Qətl

Jurnalistin cəsədi Dunay yaxınlığında bir parkda təsadüfi şəxs tərəfindən tapılıb. O, böyük ehtimal, axşam idmanı üçün qaçışda olanda hücuma məruz qalıb. Sonra isə təcavüzə məruz qalıb və boğulub. Hücumdan sonra jurnalistin bəzi şəxsi əşyaları yoxa çıxıb - eynək, mobil telefon və avtomobilinin açarı. Yaxınlıqda park edilmiş avtomobilin özü yerində qalıb.

Cinayətin onun peşə fəaliyyətiylə əlaqəli olub-olmaması hələ məlum deyil. Bolqarıstan daxili işlər naziri bildirib ki, bununla bağlı heç bir sübut yoxdur. Polis əməkdaşları qətl hadisəsi baş verən yerdə DNT izləri aşkarlayıblar, həmçinin, məsələylə bağlı şahidləri dindirirlər, xüsusilə də yaxınlıqdakı ruhi-əsəb dispanserinin xəstələrini. Cinayətlə bağlı hələ ki, heç bir şübhəli şəxs yoxdur, amma ölkənin Baş naziri Boyko Borisov, hüquq-mühafizə orqanları əməkdaşlarının kifayət qədər sübutlar topladığını deyib. Buna görə də qatilin aşkar edilməsi “sadəcə zaman məsələsi”dir.

Reaksiya

Marinovanın ölümüylə əlaqədar xəbərlər, jurnalist və insan haqları çevrələrində böyük reaksiylara səbəb oldu.

“Jurnalistləri Müdafiə Komitəsi (CPJ) televiziya aparıcısı Viktoriya Marinovanın vəhşicəsinə öldürülməsi xəbəriylə şok olub — təşkilatın Brüssel nümayəndəsi Tom Qibson bildirib. — Bolqarıstan səlahiyyətliləri maksimum səy göstərməlidir və hərtərəfli araşdırma aparmaq, cinayətdə məsuliyyət daşıyanları cəzalandırmaq üçün bütün resursları istifadə etməlidirlər”.

ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Arlem Dezirsə bu bəyanatı verib: “Bolqarıstan hökumətinin başlatdığı istintaqı yaxından izləyəcəm. Mən cinayətkarları tez bir zamanda tapmağa və ədalətə tapşırmağa, habelə bu hücumun jurnalistin işi ilə bağlı olub-olmadığını araşdırmağa çağırıram”.

Marinovanın TVN-dən olan həmkarları bildiriblər ki, indi özlərini təhlükədə hiss edirlər, baxmayaraq ki, o, əvvəllər heç bir təhdid barədə məlumat verməmişdi. Kanalın internet saytında belə bir bəyanatla çıxış edilib: “Böyük ağrı və bitməyən kədərlə TVN komandası sevimli iş yoldaşı Viktoriya Marinovanın itkisini yaşayır. Yaxınlarımızın və həmkarlarımızın kədərini paylaşırıq. Onun xatirəsi önündə baş əyin”.

Assen Yordanov — Dimitri Stoyanovun (Marinovanın ölümündən əvvəl müsahibə aldığı araşdırmaçı) işlədiyi medianın sahibi hücumu təsadüf kimi dəyərləndirmir. “Jurnalistlərimiz araşdırmadan ötrü təhlükə altında idi. Viktoriyanın ölümü və bu cür qəddar şəkildə baş verməsi bunun qətl olduğunu göstərir. Bu, dərs olmalıdır, xəbərdarlıq kimi bir şey”, - Yordanov AFP-yə bu cür şərh verib.

Viktoriya Marinovanın Facebook səhifəsindən götürülmüş foto
Viktoriya Marinovanın Facebook səhifəsindən götürülmüş foto


Bolqarıstanda söz azadlığı

Bolqarıstanda söz azadlığı vəziyyəti bütün AB ölkələri arasında ən pisidir. 2018-ci ildə vəziyyət daha da kəskinləşib — Sərhədsiz Reportyorlar Birliyinin mətbuat azadlığı reytinqində ölkə Boliviya və Mərkəzi Afrika Respublikası arasında 111-ci yerə enib. Ukrayna bu siyahıda 101-ci yer tutur.

Bolqarıstan AB üzvü olsa da, bütün Balkan ölkələri (bəziləri hələ Avropa Birliyinə üzv olmaq üçün namizəddir) arasında jurnalistlərlə bağlı ən mürəkkəb vəziyyət buradadır. Avropa Jurnalistlər Birliyinin Bolqarıstan ofisinin məlumatına əsasən, ölkədə yerli mətbuat tez-tez yerli siyasətçilər və iş adamları tərəfindən təzyiqlərə məruz qalır və onlardan təhdidlər alır, bu da öz növbəsində avtosenzuraya gətirib çıxarır.

x

YAZARIN DİGƏR YAZILARI