"Ətin qiyməti qalxa bilər"

Qəssab Laçın Əbilovun iş yeri bir neçə ay sonra bağlana bilər. Ölkə başçısı İlham Əliyevin 11 iyunda imzaladığı “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncamla yol kənarında olan qəssabxanalar qapadılacaq. Onların yerinə sanitariya-gigiyena tələblərinə uyğun stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrinin yaradılması nəzərdə tutulur. Yol kənarında ət satışı ilə məşğul olan qəssablar hər gün baytar həkimin malları yoxladığını bildirirlər. Onlar hesab edirlər ki, yeni kəsim məntəqələri ətin qiymətinin qalxmasına səbəb olacaq.


x

YAZARIN DİGƏR YAZILARI