Sakinlər evlərindən çıxsın deyə, polis növbə çəkir

15 ailə qəzalı binada yaşamağa razıdır, təki hökumətin təklif etdiyi 2 aylıq kirayə puluna möhtac qalmasın. Əvvəllər Xətai rayonu Gəncə prospektində yerləşən qəzalı binada 129 ailə yaşayıb. Oktyabrda məcburi köçkünlərə ev verilib, 114 ailə binadan çıxarılıb. Amma geridə qalan 15 ailəyə Bakıda qeydiyyatda olmadıqlarına görə ev verilmir. Onlara yalnız iki aylıq kirayə pulu təklif olunur.

Binada işıq və su kəsilib. Sakinlər bunu evlərini tərk etmək üçün təzyiq hesab edirlər.

Xətai rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Etibar Əhmədov deyir ki, bu ilin sonuna qədər bina boşaldılmalıdır. O, sakinlərin qeydiyyatda olduqları ünvanlara göndəriləcəklərini bildirib.
Sakinlər isə hər gün qapılarına gələn icra nümayəndələri, polislərlə razılaşmayıb qəzalı vəziyyətdə olan evlərinə çəkilirlər.

x

YAZARIN DİGƏR YAZILARI