Parklanma yeri əlillərə verildi, başqaları yararlandı

Bu il iyulun 1-dən “Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliklərdə əlilliyi olan şəxslər də yada düşüb. Belə ki, parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlillər üçün ayrılmalıdır. Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Bəs görəsən bu şad xəbər əlilliyi olanların qulağına çatıbmı?

“Yer var maşını saxlamağa? Harda gördülər aparırlar. Bizim hökumətdə qanun yoxdur”.
“Elə bir yerə rast gəlməmişəm”.

Vətəndaşlar kimi şəhərin mərkəzindəki(?) bir sıra dayanacaq nəzarətçiləri də bu yerlərdən bixəbərdir. Kameraya danışmaq istəməsələr də, dediklərinə görə əlil tanınma nişanlı avtomobillər üçün xüsusi parklanma yeri yoxdur.

Qanuna görə, əlillər üçün ayrılmış dayanacaq yerləri göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boyayla təsviri vasitəsilə işarələnir. Çəkiliş etidyimiz yerlərdə bu işarəyə rastlamadıq.

Sorub-soruşdurandan sonra 28 Mall Ticarət Mərkəzinin avtodayancağında əlilliyi olanlar üçün xüsusi parklanma yerlərinin olduğunu görürük. Ancaq burada əlillərin avtomobillərinin yerinə başqaları dayanıb.

Qanuna görə, əlil tanınma nişanlı avtomobillər üçün nəzərdə tutulan yerlərdə park edən digər sürücülər 10 manat məbləğində cərimə olunmalıdır.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Vaqif Əsədov da deyir ki, dayanma-durma tələbləri pozularsa, Yol Polisi tərəfindən inzibati tənbeh tədbirləri görülür.
Parklanma yerləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır.

x

YAZARIN DİGƏR YAZILARI