"Bəzi vəzifəlilər bayrağı təpiklər altına salırdılar"

99 yaşlı Azərbaycan bayrağı indi rahatlıqla şəhərin mərkəzində də, qəsəbədə də, evlərin eyvanında da, dövlət idarələrində də dalğalanır.

İlk dəfə 1918-ci il 9 noyabrda dalğalanmağa başlayan Azərbaycan bayrağı daha sonra çətin dövrlərdən keçdi. Vaxt var idi ona görə insanlar azadlıqdan məhrum olurdu, təhlükələrlə üzləşirdi. 61 il öncə fəal Cahid Hilaloğlu “Qız Qalasına” cumhuriyyət bayrağını sancdığı üçün cəzalandırılmışdı. Sonradan palto oğrusu kimi suçlansa belə. Tarixçi Dilavər Əzimli də başqa bir misalı çəkir.

“Azərbaycanın üçrəngli bayrağının məhz keçmiş parlament – Əlyazmalar İnstitutunun üzərinə taxılması möcüzə idi. O zaman akademiyanın prezidenti Eldar Salayev Əbülfəz Elçibəyi çağırıb demişdi ki, bu, təhlükəlidir, Bakıda fövqəladə vəziyyətdir. Səni snayperlə vura bilərlər. Amma o zaman Elçibəy demişdi ki, mənim başqa yolum yoxdur. Ya taxılacaq, ya da ki, ölüm olacaq. Və Əbülfəz Elçibəy bayrağı ora taxdı”.

O dövrün çətinliklərini və cumhuriyyətçilərin bayraq sevdasını xatırladan daha bir məqam var. Cumhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadənin qəriblikdə öz əlləri ilə tikdiyi Azərbaycan bayrağı. Bayraq Tarix müzeyində saxlanılır.
-
Bayraq günü rəsmi olaraq 2009-cu ildən qeyd olunmağa başlayıb. 2010-cu ildə isə “Dövlət Bayraq Meydanı” yaradılıb. Tarixçi-alim qeyd edir ki, ölkədə bayraqla bağlı bir sıra işlər görülsə də, bəzi vəzifə sahiblərinin səmimiyyətinə inanmır.

Bu gün Azərbaycanda hələ də bir çox vəzifələrdə, parlamentdə çoxlu sayda adamlar oturub ki, vaxtilə onlar bayrağı təpikləyirdilər deyir:

“Çoxlu sayda insanlar oturub ki, əlimizdən alıb bayrağa tüpürürdülər. Mən onların səmimiyyətinə inanmıram. İnana da bilmərəm”.

Bayram günü meydanda bayraq olmasa da, 9 noyabr sosial şəbəkələr də, ictimai nəqliyyat da üç rəngli bayrağa büründü. Hərə sevgisini göstərməyin yolunu bir cür tapdı.

x

YAZARIN DİGƏR YAZILARI