Ermənistanın mühasirəsində qalan kənd-Quşçu Ayrım (VİDEO)

Quşçu Ayrım kəndi Qazaxdan 26 kilometr uzaqlıqda yerləşir. Kənddə 1100-dən yuxarı sakin, 180-200 aralığında ailə yaşayır. Ermənistanla sərhəd olan kəndi 10 gündür davamlı atəşə tuturlar. Kənd sakini Kamal Alıyev deyir ki, bir neçə ildir ermənilərin açdığı atəş səslərini eşidirlər, amma son vaxtlar bu atışmalar daha şiddətlənib. Artıq valideynlər uşaqlarını bayıra buraxmırlar.

Kənd sakini Aslan Pirvəliyev deyir ki, 1999-cu ildə Ermənistan hərbçiləri onların ətrafında yerləşən dağları işğal etdilər. Həmin vaxt səslərinin eşidilmədiyinə görə bu gün əziyyət çəkdiklərini deyirlər. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər.  Onlar bulaqdan ancaq gecə su götürə bilirlər.

Sakinlərdən bir qismi kəndi tərk edirlər. Onlar hücum olarsa, uşaqlarını və yaşlı valideynlərini müdafiə edə bilməcəyəklərini deyirlər.

Həmin ərazi üzrə Əhməd Vəliyev  deputat seçilib. Onlar deyir ki, seçkilərdən sonra millət vəkillərin görməyiblər. O, sakinlərlə maraqlanmır.